cf218160-76fb-49d3-a5bc-ab68a064fcbf..jpg

Xankəndi-Laçın yolunda BQXK-nın və sülhməramlıların avtomobilləri maneəsiz hərəkət ediblər – YENİLƏNİB + FOTO

Baxış sayı: 756 dəfə baxılıb.

Xankəndi-Laçın yolunda BQXK-nın və sülhməramlıların avtomobilləri maneəsiz
hərəkət ediblər – YENİLƏNİB + FOTO

Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qızıl Xaç Komitəsinə
(BQXK) məxsus 5 avtomobilin, Rusiya sülhməramlılarına məxsus isə 4 avtomobilin
hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, avtomobillər Xankəndidən Laçın istiqamətində keçid ediblər.

BQXK-nın avtomobillərinin içərisində erməniəsilli şəxslər olublar.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

09:04

Qarabağ iqtisadi rayonunda yerləşən Qızılbulaq və Dəmirli yataqlarının
istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə
verilməsini tələb edən azərbaycanlı ekofəalların Laçın-Xankəndi yolunda
keçirdikləri ekoaksiya 76 gündür davam edir.

AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, aksiya
iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himninin
səsləndirilməsi ilə açıb, milli ruhda mahnılar ifa ediblər.

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın
faydalı qazıntı yataqlarının erməni separatçılar tərəfindən qanunsuz
istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya
fəalları bu dəqiqələrdə qaldırdıqları plakatlarda üzərində rus və ingilis
dilində yazılmış “Sərvətlərimizin talanı dayansın!”, “Təbiəti qoruyaq,
istismarı qınayaq!”, “Təbiətin milləti yoxdur!”, “Azərbaycan milləti qoruyacaq
sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Sərvətimiz bölünməz, heç
bir kəsə verilməz!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə
son!” kimi şüarlar səsləndirirlər. Gənc fəalların dinamik və olduqca coşqulu
görünmələri onların tələblərində israrlı olduqlarını göstərir.

Ekofəallar Azərbaycan tərəfinin haqlı tələblərinin yerinə yetirilməsini
istəyirlər. Bildirirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı
narazılığının ifadəsidir və vətəndaş cəmiyyətinin bu mövqeyinə hörmətlə
yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır,
sərbəst hərəkətə heç bir maneə yoxdur. Dünən aksiyanın təşkil olunduğu
Laçın-Xankəndi yolundan hər iki istiqamətə Rusiya sülhməramlılarına və
Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus ümumilikdə 40 avtomobil maneəsiz keçid
edib.

Xatırladaq ki, ötən il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq Azərbaycanın
İqtisadiyyat, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb. Buna etiraz olaraq, azərbaycanlı ekofəallar Şuşa
ərazisindən keçən Laçın-Xankəndi yolunda dekabrın 12-dən dinc aksiyaya
başlayıblar.

Source link