08c2d531-74fe-490f-af90-6d4c063b6c1e..jpg

Xankəndi-Laçın yolunda ekoaksiya iştirakçılarının tələbi dəyişməz qalır – YENİLƏNİB + FOTO

Baxış sayı: 2. 189 dəfə baxılıb.

Xankəndi-Laçın yolunda ekoaksiya iştirakçılarının tələbi dəyişməz qalır –
YENİLƏNİB + FOTO

Hazırda havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi
rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam
edir, dinc etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya
ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, ekofəallar və gənc
könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin haqlı narazılığını
dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı qazıntı yataqlarının
qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda azərbaycanlı fəalların əhval-ruhiyyəsi yüksəkdir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun
Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində
Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb
vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan
oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”,
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет!
Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər
yüksək səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

14:22

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 29
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət
edən Rusiya sülhməramlılarına və BQXK-ya məxsus avtomobillərin sayı 52-yə çatıb.

12:08

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus 21
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 5 minik, 16 yük avtomobili Laçından Xankəndiyə maneəsiz hərəkət edib.

Bundan başqa, Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus ümumilikdə 2
avtomobilin hərəkət etməsinə də şərait yaradılıb. Belə ki, iki minik avtomobili
Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

08:44

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 83 gündür
davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, havanın qarlı və
şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək
fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar.

Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini
ekologiyanı qorumağa çağırırlar.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Source link