4f718567-ccbf-473f-bde2-87bc1c60e1a7..jpg

Xankəndi-Laçın yolunda sülhməramlıların 31 avtomobili maneəsiz hərəkət edib – YENİLƏNİB + FOTO

Baxış sayı: 720 dəfə baxılıb.

Xankəndi-Laçın yolunda sülhməramlıların 31 avtomobili maneəsiz hərəkət edib –
YENİLƏNİB + FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 3
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu
sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün
açıqdır.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 3 minik maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 31-ə çatıb.

15:18

Hazırda havanın soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi
rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta saatlarında da davam
edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, toplanış yerində
etirazçıların əhval-ruhiyyəsi yüksəkdir və onların tələbləri dəyişməz olaraq
qalır.

Hazırda aksiyaçıların canlanması müşahidə edilir.

Bu dəqiqələrdə ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi
istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif
mahnılar ifa edir, onlar dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Etirazçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 42
gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

13:18

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 2
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu
sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün
açıqdır.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 2 yük maşını Laçından Xankəndi istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 28-ə çatıb.

13:13

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 16
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu
sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün
açıqdır.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 3 minik və 13 yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 26-ya çatıb.

11:18

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb, bu, bir daha onu
sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq, humanitar məqsədlər üçün
açıqdır.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin altı yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 10-a çatıb.

09:53

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya Sülhməramlı Kontingentinə (RSK)
məxsus daha dörd avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb,
bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, həmin iki yük maşını Xankəndidən Laçın istiqamətinə keçid edib.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 4-ə çatıb.

Qeyd edək ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolundakı etiraz aksiyası 42 gündür davam
edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət
təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji
terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

09:21

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi
rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda
keçirilən etiraz aksiyası 42 gündür davam edir, gənc aktivistlər gün ərzində
olduğu kimi, yüksək fəallıq göstərirlər.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, 2022-ci il dekabrın
12-də səhər saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa
ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya
iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar

Source link