7cdad08e-e3b2-4463-997d-3be19fd79ae9..jpg

Xankəndi-Laçın yolunda sülhməramlıların və BQXK-nın 11 avtomobilinin hərəkətinə şərait yaradıldı – YENİLƏNİB

Baxış sayı: 1. 075 dəfə baxılıb.

Xankəndi-Laçın yolunda sülhməramlıların və BQXK-nın 11 avtomobilinin
hərəkətinə şərait yaradıldı – YENİLƏNİB

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus təminat
və təchizat avtomobillərinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Laçından Xankəndi istiqamətinə Rusiya sülhməramlılarına məxsus
ümumilikdə 2 ədəd təminat və təchizat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində hər iki istiqamətdə Rusiya sülhməramlıları və
Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus ümumilikdə maneəsiz hərəkət
edən avtomobillərin sayı 11-ə çatıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14
gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

14:51

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta
saatlarında da davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşının verdiyi xəbərə görə, dinc
aksiyaya qoşulan ekofəallar hazırda yüksək əhval-ruhiyyədədirlər.

Bu dəqiqələrdə etirazçılar yolun Laçın və Xankəndi istiqamətlərində hərəkətə
maneə törətmədən, üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış
plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Onların tələbləri həmişəki kimi dəyişməz olaraq qalır.

Belə ki, ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Eyni zamanda iştirakçılar Azərbaycanın ən qədim milli rəqsi olan “Yallı” və
digər rəqslər oynayıblar ki, bu da maraqla qarşılanıb.

Həmişəki kimi, yenə də etirazçıların olduğu yolda hərəkətin sərbəstliyi təmin
edilir, humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14
gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

13:38

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK)
məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələri Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib. Yük maşınında qida (uşaq
qidası) və tibbi ləvazimatlar daşınıldığı ehtimal edilir. Yük Xankəndi
xəstəxanasına çatdırılacaq. Bu, bir daha göstərir ki, humanitar məqsədli
maşınların keçidi üçün heç bir məhdudiyyət yoxdur.

Qeyd edək ki, bu gün səhər saatlarında BQXK-ya məxsus avtomobillərin müşayiəti
ilə Xankəndindən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14
gündür davam edir.

Belə ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

10:26

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK) məxsus avtomobillərin müşayiəti ilə
Xankəndidən Ermənistana müalicə üçün 2 xəstə aparılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşının əldə etdiyi məlumata
görə, Beynəlxalq Qırmızı Xaç Komitəsindən daxil olmuş müraciətdə dekabrın 25-də
saat 08:30-da Edita Osipyan (kəskin diabet və ürək xəstəliyi), İrina Viktorovna
Avetisyan (xərçəng) və onun həyat yoldaşı – Davit Avetisyan, oğlu Arthur
Davidoviç Avetisyan komitənin əməkdaşlarının müşayiəti ilə 3 ədəd komitəyə
məxsus minik avtomobili ilə Xankəndindən Ermənistana keçidinə və həmin gün
geriyə Xankəndinə qayıtmalarına icazə verilməsi xahiş olunub.

Müraciətdə bildirilib ki, geri qayıdarkən yük maşını qida (uşaq qidası) və
dərman/tibbi ləvazimatlar daşıyacaq. Yük Xankəndi xəstəxanasına çatdırılacaq.

Bundan əlavə, Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
məxsus tibb xidməti və hərbi polis avtomobilinin hərəkət etməsinə növbəti dəfə
şərait yaradılıb.

Nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus
ümumilikdə 3 ədəd təminat və təchizat avtomobili keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 14
gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

09:24

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı
əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on dörd gündür davam
edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər
saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Etirazçılar gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı şəkildə isti
yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da
heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa
ediblər.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki
tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis
dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Onların tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.

Belə ki, ekoaktivistlər və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya
iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

09:16

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə (BQXK)
məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələri Xankəndindən Laçın istiqamətinə maneəsiz şəkildə hərəkət ediblər.

Belə ki, ümumilikdə üç avtomobil ərazidən keçid edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

Onu da qeyd edək ki, BQXK-ya məxsus maşın və təcili yardım avtomobili aksiya
müddətində daha əvvəl də maneəsiz şəkildə hərəkət edib.

Hazırda aksiya davam edir.

Source link