574bfedf-bc7c-4fcf-8eb3-3f7fb7a5ab37..jpg

Xankəndi-Laçın yolundakı aksiya davam edir, etirazçıların əhval-ruhiyyəsi çox yüksəkdir – YENİLƏNİB+FOTO/VİDEO

Baxış sayı: 2. 784 dəfə baxılıb.

Xankəndi-Laçın yolundakı aksiya davam edir, etirazçıların əhval-ruhiyyəsi çox
yüksəkdir – YENİLƏNİB+FOTO/VİDEO

Hava şəraitinin soyuq olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi
rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı
Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası gecə saatlarında da davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, toplanış yerində
fəal olan gənclərin əhval-ruhiyyəsi çox yüksəkdir.

Bu dəqiqələrdə ekofəallar və gənc könüllülər yolun Laçın və Xankəndi
istiqamətlərində hərəkətə maneə törətmədən vətənpərvərlik ruhunda müxtəlif
mahnılar ifa edir, onlar dəyişməz olaraq “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Qeyd edək ki, gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətə Rusiya
sülhməramlılarına və Beynəlxalq Qızıl Xaç Komitəsinə məxsus ümumilikdə 19
avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı
əleyhinə Şuşadan keçən Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 27
gündür davam edir.

Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir
hissəsində etiraz aksiyası azərbaycanlı aktivistlər və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

15:32, 7 yanvar

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK)
məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, ümumilikdə 5 avtomobil Laçından Xankəndi istiqamətinə keçid edib.

Eyni zamanda Rusiya sülhməramlılarına məxsus “KamAZ” markalı maşın da
avtomobil karvanı ilə birgə Laçından Xankəndi istiqamətinə maneəsiz şəkildə
hərəkət edib.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

11:16

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 8
təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, iki minik avtomobili və 6 “KamAZ” markalı maşınlar Xankəndindən Laçın
istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda maneəsiz hərəkət edən Rusiya
sülhməramlılarına məxsus avtomobillərin sayı 12-ə çatıb.

09:32, 7 yanvar

Şuşadan keçən Xankəndi-Laçın yolunda Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK)
məxsus avtomobillərin növbəti dəfə hərəkət etməsinə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidə olan əməkdaşı xəbər verir ki, nəqliyyat
vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, ümumilikdə 4 avtomobil Xankəndidən Laçın istiqamətinə keçid edib.

Avtomobillərin içərisində qadınlardan və uşaqlardan ibarət bir neçə erməni
ailəsi olub.

Bu, bir daha göstərir ki, humanitar məqsədli maşınların keçidi üçün heç bir
məhdudiyyət yoxdur.

08:48

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı
əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası iyirmi yeddi gündür
davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, dekabrın 12-də səhər
saatlarından başlayan aksiya ötən gecə boyu da davam edib.

Aksiya iştirakçıları gün ərzində olduğu kimi, gecədən səhərədək davamlı
şəkildə isti yer, isti çay və qidalarla təmin olunublar.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa
ediblər.

Hazırda havanın şaxtalı olmasına baxmayaraq, ekofəallar yolun hər iki
tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis
dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya
iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib.
Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə
lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail
olunmayıb.


Source link