b7614f68-60e6-4ff2-a726-64c60303e15c..jpg

Xankəndi-Laçın yolundakı aksiyada etirazçılar yüksək fəallıq nümayiş etdirirlər – YENİLƏNİB+FOTO/VİDEO

Baxış sayı: 750 dəfə baxılıb.

Xankəndi-Laçın yolundakı aksiyada etirazçılar yüksək fəallıq nümayiş
etdirirlər – YENİLƏNİB+FOTO/VİDEO

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası ruh
yüksəkliyi ilə davam edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, soyuq və şaxtalı hava
şəraitinin müşahidə olunmasına baxmayaraq, aksiya iştirakçıları axşam
saatlarında da yüksək fəallıq nümayiş etdirirlər.

Onlar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini
ekologiyanı qorumağa çağırırlar.

Ekofəallar və gənc könüllülər dəyişməz şüarları ilə Azərbaycan cəmiyyətinin
haqlı narazılığını dilə gətirir, ekoloji terrora son qoyulmasını, faydalı
qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını tələb edirlər.

Hazırda aksiya dinc etirazçıların nümayiş etdirdiyi yüksək əhval-ruhiyyə ilə
davam edir.

Tələblərin dərhal yerinə yetirilməsini təkid edən gənclər bu dəqiqələrdə yolun
Laçın və Xankəndi istiqamətlərində hərəkətə maneə törətmədən, üzərində
Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb
vətənpərvərlik ruhunda müxtəlif mahnılar oxuyurlar, dəyişməz olaraq “Azərbaycan
oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”,
“Ekoloji cinayətə son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет!
Мониторингу да!” şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdığı ərazidən keçən yolda ilk gündən olduğu kimi, hazırda
da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam
olaraq açıqdır.

Aksiya iştirakçılarının təhlükəsizliyini əraziyə cəlb edilmiş Azərbaycan
Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının (DQ) hərbçiləri və polislər yüksək
səviyyədə təmin edirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

20:37

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 7
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 yük maşını Xankəndidən Laçın istiqamətinə, digər 2 yük maşını isə
Laçından Xankəndi istiqamətinə maneəsiz hərəkət ediblər.

Xankəndi istiqamətinə hərəkət edən yük maşınlarından birində texniki nasazlıq
olduğundan o, qarşıda hərəkət edən nəqliyyat vasitəsinə qoşulu olub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 58-ə çatıb.

15:47

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 21
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Belə ki, 1 minik, 3 təchizat və 17 yük maşını Laçından Xankəndi istiqamətinə
maneəsiz hərəkət edib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 51-ə çatıb.

15:20

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 6
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 30-a çatıb.

12:07

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 19
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da gün ərzində Xankəndi-Laçın yolunda hər iki istiqamətdə maneəsiz
hərəkət edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 24-ə çatıb.

10:49

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha beş
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

08:46

Soyuq və şaxtalı hava şəraitinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanın
Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına
qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası əlli dörd gündür davam
edir.

“Report”un hazırda ərazidə olan əməkdaşı xəbər verir ki, aksiya iştirakçıları
ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə
boyu da heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa
ediblər.

Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən
üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb,
şüarlar səsləndirirlər.

Həmçinin aksiyada əraziyə dəstək üçün gələn yerli rus icmasının nümayəndələri
də iştirak edirlər. Onlar da ekofəallarla birlikdə Azərbaycan Dövlət Himnini və
digər şüarlar səsləndiriblər.

Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq
qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib.
Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə
lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail
olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.


Source link