46d2c5cb-2b27-4cd7-a8ed-0f26da02686d..jpg

Xankəndi Universitetinin keçmiş müəllimi: “Qarabağda ali məktəbin bərpasını həsrətlə gözləyirdik” – VİDEO

Baxış sayı: 628 dəfə baxılıb.

Xankəndi Universitetinin keçmiş müəllimi: “Qarabağda ali məktəbin bərpasını
həsrətlə gözləyirdik” – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Mən bütün Azərbaycan xalqını təbrik edirəm. Çünki biz Qarabağda universitetin
bərpasını həsrətlə gözləyirdik”.

Bunu Baku TV-yə açıqlamasında Xankəndi Universitetinin keçmiş müəllimi Zəfər
Hüseynov deyib.

“Noyabrın 24-də saytların birinə verdiyim müsahibəmdə demişdim ki, 1973-cü
ilin 26 noyabrında ulu öndər Heydər Əliyev Xankəndi Pedaqoji İnstitutunun
yaradılması barədə tapşırıq vermişdi. Qeyd etdim ki, indi də Prezidentİlham
ƏliyevinXankəndi Dövlət Universitetinin yaradılması barədə göstəriş verməsini
gözləyirik. Təsəvvür edirsiniz, bunu mən ayın 24-də dedim və bu gün artıq
Qarabağ Universitetinin yaradılması ilə bağlı sərəncam imzalandı. Sevincimin
həddi-hüdudu yoxdur”, – o söyləyib.

Ətraflı süjetdə:


Source link