6ccbe6be-ff02-4efd-b4cf-093449edba4e..jpg

Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər – FOTO

Baxış sayı: 490 dəfə baxılıb.

Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər –
FOTO

Xankəndi və Kərkicahan sakinləri doğma yurdlarını ziyarət etmək istəyirlər.

Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
(“Qaçqınkom”) məlumat yayıb.

Bildirilib ki, komitənin sədri Rövşən Rzayev Xankəndidən məcburi köçkün düşmüş
vətəndaşların bir qrupu ilə görüşüb.

Torpaqların işğaldan azad edilməsinin, ölkəmizin ərazi bütövlüyünün və dövlət
suverenliyinin tam bərpa olunmasının xalqımızda böyük qürur hissi doğurduğu
qeyd olunub. Xankəndidən olan məcburi köçkünlər doğma yurda qayıtmaq imkanının
yaranmasından hədsiz sevinc hissi keçirdiklərini və buna görə Prezident,
müzəffər Ali Baş Komandanİlham Əliyevə minnətdar olduqlarını bildiriblər.
Xankəndi şəhərinin inzibati ərazisinə daxil olan Kərkicahan qəsəbəsinin
azərbaycanlı sakinlərinin erməni separatçılara və işğalçılara qarşı mübarizədə
xüsusi fədakarlıqlar göstərdikləri xatırlanıb, şəhidlərin ruhuna ehtiram ifadə
edilib.

Bir daha vurğulanıb ki, Prezident İlham Əliyev məcburi köçkünlərin sosial
problemlərinin həllinə daim xüsusi diqqət yetirir, onların yaşayış şəraitinin
yaxşılaşdırılması üçün zəruri tədbirlər görür. Bu sahədə Birinci vitse-prezident
Mehriban Əliyevanın da mühüm xidmətləri var.

Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə, dövlət başçısının təsdiqlədiyi
Dövlət Proqramı əsasında, genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığı,
doğma yurd yerlərimizə Böyük Qayıdışın başlandığı məmnunluqla qeyd edilib.
Bildirilib ki, Xankəndinin 31 il əvvəl ata-baba ocağını tərk etmək
məcburiyyətində qalmış azərbaycanlı sakinləri də geri dönmək, öz ev-eşiklərinə
sahib çıxmaq arzusundadırlar və bu arzunun tezliklə gerçəkləşəcəyinə
əmindirlər. İndilikdə isə onlar, müvafiq dövlət orqanlarının icazəsi olduğu
təqdirdə, Xankəndiyə, Kərkicahana baş çəkmək, doğma yurdu ziyarətə getmək üçün
şərait yaradılmasını xahiş edirlər.

Görüş iştirakçılarının müraciətləri qeydə alınıb, sualları cavablandırılıb,
onlara Böyük Qayıdış prosesi ilə bağlı ətraflı məlumat verilib.

Source link