e299d2a9-4990-497f-9585-0363595ec1a0..jpg

Xankəndi və Xocalıdan silah-sursat tapılıb

Baxış sayı: 599 dəfə baxılıb.

Xankəndi və Xocalıdan silah-sursat tapılıb
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis əməkdaşları Xankəndi şəhəri və Xocalı rayonu ərazisində silah-sursat
aşkarlayıb.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, Xankəndi şəhəri ərazisindən bir ədəd pulemyot, 33 ədəd
müxtəlif markalı avtomat silahı, iki ədəd tapança, yeddi ədəd tüfəng, 22 ədəd
qumbara, 23 ədəd qumbara alışdırıcısı, 10 665 ədəd müxtəlif çaplı patron, iki
ədəd optik nişangah, beş ədəd penal dəsti, bir ədəd “Kalaşnikov” pulemyotuna
aid sursat, 186 ədəd patron darağı, bir ədəd süngü-bıçaq, 27 ədəd daraq üçün
çanta, üç ədəd binokl və dörd ədəd rabitə qurğusu, Xocalı rayonu ərazisindən
isə 3 270 ədəd müxtəlif çaplı patron, bir ədəd tank əleyhinə mina, dörd ədəd əl
qumbarası, 12 ədəd “RPQ-7” mərmisi və səkkiz ədəd avtomat darağı aşkar olunaraq
götürülüb.

Source link