Xankəndi və Xocalıya 100 ailə köçürüləcək
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə daha 300 ailənin köçürülməsi
üçün hazırlıq işlərinə başlanılıb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
məlumat yayıb.
Məlumata görə, Komitənin Repatriasiya Departamenti Şuşa şəhərinin Malıbəyli
kəndinə 50, Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinə 50, Xocalı rayonuna 50,
Kəlbəcər rayonuna isə 150 məcburi köçkün ailəsinin köçürülməsinə hazırlıq görür.
Hazırda onlar Bakı, Sumqayıt, Abşeron və Gəncədə məskunlaşıb.