2f1c6ffe-2930-4908-9a43-e677229c54f5..jpg

Xankəndi yolunda aksiya davam edir: Sərbəst hərəkətə heç bir maneə yoxdur – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 2. 063 dəfə baxılıb.

Xankəndi yolunda aksiya davam edir: Sərbəst hərəkətə heç bir maneə yoxdur –
YENİLƏNİB + FOTO/VİDEO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha dörd
ədəd təminat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report” xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət
etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Laçından Xankəndi istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

14:09

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz
istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası günorta
saatlarında da davam edir.

“Report”un aksiyanı işıqlandıran əməkdaşı xəbər verir ki, fasiləsiz dinc
aksiya iştirakçıları qətiyyət nümayiş etdirirlər, toplanış yerində etirazçılar
yüksək əhvali-ruhiyyədədirlər.

Hazırda ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Aksiyaçıların toplaşdıqları ərazidən keçən yolda ilk gündən olduğu kimi,
hazırda da sərbəst hərəkətə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün
tam olaraq açıqdır.

10:51

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 5
ədəd təminat və təchizat avtomobilinin hərəkət etməsinə növbəti dəfə şərait
yaradılıb.

“Report” xəbər verir ki, nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət
etməsi təmin olunub.

Belə ki, həmin avtomobillər Xankəndidən Laçın istiqamətinə keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

08:46

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı
əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası on beş gündür davam
edir.

“Report” xəbər verir ki, dekabrın 12-də səhər saatlarından başlayan aksiya
ötən gecə boyu da davam edib.

Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan aksiyada gecə boyu da
heç bir insident baş verməyib.

Həmişə olduğu kimi, etirazçılar bu səhər də Azərbaycan Dövlət Himninin
səsləndirilməsi ilə açıblar. Daha sonra vətənpərvərlik ruhunda mahnılar ifa
ediblər.

Onların tələbləri ilk gündən dəyişməz olaraq qalır.

Belə ki, ekofəallar və gənc könüllülər “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekoloji cinayətə
son!”, “Stop ekoterror!”, “Берегите природу!”, “Экоциду нет! Мониторингу да!”
şüarlarını səsləndirirlər.

Eyni zamanda, bu gün səhər saatlarında Xankəndi-Laçın yolunda Rusiya
sülhməramlılarına məxsus daha 2 ədəd təminat avtomobilinin hərəkət etməsinə
növbəti dəfə şərait yaradılıb.

Belə ki, Xankəndindən Laçın istiqamətinə Rusiya sülhməramlılarına məxsus hərbi
polis maşını və hərbçiləri daşıyan avtomobil keçib.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun
bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə
qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi
rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir. Aksiya
iştirakçıları günlərdir ki, yüksək əzm, mətanət, qətiyyət nümayiş etdirirlər.

Xatırladaq ki, 2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı
kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq
İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat
Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib.
Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə
lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail
olunmayıb.

Source link