6001e9ae-1fac-48a3-a8b7-1d40ebe03236..jpg

Xankəndi yolunda sülhməramlıların avtomobillərinin maneəsiz hərəkəti təmin olunub – YENİLƏNİB + FOTO

Baxış sayı: 901 dəfə baxılıb.

Xankəndi yolunda sülhməramlıların avtomobillərinin maneəsiz hərəkəti təmin
olunub – YENİLƏNİB + FOTO

Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına məxsus daha 11
avtomobilin hərəkət etməsinə növbəti dəfə şərait yaradılıb.

“Report”un aksiya keçirilən ərazidəki əməkdaşı xəbər verir ki, toplanış
yerində nəqliyyat vasitələrinin maneəsiz şəkildə hərəkət etməsi təmin olunub.

Bu, bir daha onu sübut edir ki, yol aksiyanın keçirilməsinə baxmayaraq,
humanitar məqsədlər üçün açıqdır.

Bununla da bu gün bu dəqiqələrə qədər Xankəndi-Laçın yolunda maneəsiz hərəkət
edən Rusiya sülhməramlılarına məxsus avtomobillərin sayı 11-ə çatıb.

08:17

Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarının
dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin
keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclər və
ekoloqlar tərəfindən Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində
təşkil olunan haqlı etiraz aksiyası 101 gündür davam edir.

AZƏRTAC xəbər verir ki, hazırda aksiya iştirakçılarının Laçın-Xankəndi yolunda
fəallığı müşahidə olunur. İştirakçılar səhər saatlarında hər zaman olduğu kimi,
Azərbaycanın Dövlət Himnini səsləndiriblər.

Şuşada hazırda dumanlı və çiskinli hava şəraiti müşahidə olunur. Dünəndən bu
gün səhərə qədər fasilələrlə güclü yağış yağıb. Amma bu ekoaksiya
iştirakçılarına mane olmur.

Ərazidə hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən bütün təhlükəsizlik
tədbirləri yüksək səviyyədə təşkil olunub.

Qeyd edək ki, aksiya iştirakçıları Qarabağda faydalı qazıntı yataqlarının
qanunsuz istismarının dayandırılması ilə bağlı Azərbaycan, rus və ingilis
dillərində mütəmadi olaraq plakatlar qaldırır, “Azərbaycan oyaqdır, sərvətinə
dayaqdır!”, “Ekoloji cinayətə son!” və sair şüarlar səsləndirirlər. Aksiya
iştirakçıları tələbləri yerinə yetirilməyənədək etirazlarını davam
etdirəcəklərini bildirirlər.

2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin
komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat
Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi
yanında Əmlak Məsələləri Dövlət Xidməti və “AzerGold” Qapalı Səhmdar
Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin
müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının
qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin
monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından
monitorinq baş tutmayıb.

Dekabrın 16-da Rusiya sülhməramlılarının qərargahında növbəti görüş keçirilib.
Ancaq monitorinq qrupunun yataqlara yerində baxış keçirməsinə növbəti dəfə
lazımi şərait yaradılmayıb və qarşıya qoyulan vəzifələrin icrasına nail
olunmayıb.

2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.

Source link