4475bf6c-389a-4e7a-ad13-8cd266d39388..jpg

Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb – YENİLƏNİB + FOTO/VİDEO

Baxış sayı: 470 dəfə baxılıb.

Xankəndidə baş verən partlayış nəticəsində 200-dən çox insan xəsarət alıb –
YENİLƏNİB + FOTO/VİDEO

Xankəndi-Əsgəran yolunda benzin anbarında baş vermiş partlayış nəticəsində
200-dən çox insan xəsarət alıb.

Məlumata görə, yaralıların əksəriyyətinin vəziyyəti ağır və ya son dərəcə ağır
olaraq qiymətləndirilir.

Bildirilir ki, mövcud tibbi imkanlar lazımi xidmətin təşkili üçün kifayət
etmir.

Mənbə: TASS

00:20

Xankəndi yaxınlığında yanacaqdoldurma məntəqəsində partlayış baş verən
ərazidən yeni görüntülər yayımlanıb.

Qeyd edək ki, hadisə nəticəsində çox sayda ölənlər və yaralananların olduğu
bildirilir.

Sözügedən ərazidən görüntüləri təqdim edirik:

Mənbə: abc media

25 sentyabr, 21:10

Rusiya sülhməramlı kontingentinin (RSK) həkimləri Xankəndi yaxınlığında
yanacaqdoldurma məntəqəsindəki partlayış nəticəsində xəsarət alanlara yardım
edirlər.

Bu barədə RSK məlumat yayıb.

Zərərçəkənlərin bir çoxunun yanıq xəsarətləri aldığı bildirilir.

Hadisənin təfərrüatları açıqlanmır.

25.09.2023, 19:50

Xankəndi yaxınlığındakı yanacaqdoldurma məntəqələrindən birində güclü
partlayış olub.

Ermənistan mediasında yayılan məlumata görə, təxminən 10 tonluq yanacaq çəni
partlayıb.

Bildirilir ki, bu çənin yaxınlığında çox sayda insan olub.

Hadisə şahidlərinin sözlərinə görə, hazırda təcili yardım heyətləri yaralılara
kömək edir. Zərərçəkənlərin dəqiq sayı barədə məlumat verilmir.


Source link