6fdb2733-f89f-47e8-841b-95aad4605ef4..jpg

Xankəndidə düşmən tərəfindən yararsız hala salınmış minatəmizləmə avadanlıqları aşkarlanıb – FOTO

Baxış sayı: 422 dəfə baxılıb.

Xankəndidə düşmən tərəfindən yararsız hala salınmış minatəmizləmə
avadanlıqları aşkarlanıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycan Respublikası Minatəmizləmə Agentliyi tərəfindən icra edilən
humanitar minatəmizləmə fəaliyyətləri zamanı Xankəndi şəhəri ərazisində “Halo
Trust” qeyri-hökumət təşkilatının bazası aşkar edilib.

Bu barədə ANAMA-dan bildirilib.

Beynəlxalq humanitar qeyri-hökumət təşkilatı olan “Halo Trust”a məxsus bazada
qəsdən yararsız hala salınmış xeyli sayda minatəmizləmə avadanlıqları,
detektorlara rast gəlinib.

Halbuki, bu avadanlıqlar humanitar minatəmizləmə əməliyyatlarında istifadə
edilə və mina təhlükəsinin aradan qaldırılmasına xidmət edə bilərdi. Lakin
təhlükəsiz mühitin yaradılması məqsədilə istifadə üçün nəzərdə tutulan
maddi-texniki vasitələr qəsdən məhv edilib.

Source link