46b5fca7-9598-4837-9ccd-d03942b9e359.webp

Xankəndidə erməniəsilli qadın ölüb

Baxış sayı: 218 dəfə baxılıb.

Azərbaycanın Xankəndi şəhər sakini, erməniəsilli 1954-cü il təvəllüdlü Vera
Varaşakovna Aqasyan oktyabrın 20-də səhər saat 9-10 radələrində yaşadığı
ünvanda vəfat edib.

Cixisyolu.com xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, ölümlə bağlı aidiyyəti orqan tərəfindən məhkəmə-tibbi
ekspertiza təyin olunub:

“Keçirilən məhkəmə-tibbi ekspertizasının ilkin məlumatlarına görə, 70 yaşlı
qadının ölümünün bilavasitə səbəbi ağciyər arteriyasının trombozu ilə əlaqədar
inkişaf etmiş kəskin ağciyər-ürək çatışmazlığı olub”.

Məlumata görə, Vera Varaşakovna Aqasyan Səhiyyə Nazirliyinin mütəxəssisləri
tərəfindən həkim müayinəsində olub, eyni zamanda ona lazımi sosial müdafiə
dəstəyi göstərilmişdi.

Source link