d050bdfb-ab05-4494-a28a-2bcb42727a68..jpg

Xankəndidə partlayışdan sonra üç şəhərdə xəstəxanalar hazır vəziyyətə gətirilib

Baxış sayı: 564 dəfə baxılıb.

Xankəndidə partlayışdan sonra üç şəhərdə xəstəxanalar hazır vəziyyətə gətirilib

Sentyabrın 25-də Xankəndidə benzin çəninin partlamasından sonra Bakı
zərərçəkənlərə yardım üçün dərhal praktiki addımlar atıb.

Bu barədə “Caliber” “Telegram” kanalı xəbər verib.

Qeyd olunur ki, Saatlı, Sabirabad və Ağdam xəstəxanaları yaralıların kütləvi
qəbulu üçün operativ şəkildə hazır vəziyyətə gətirilib, Bakıdan isə təcili
olaraq onların müalicəsi üçün briqadalar göndərilib.

Lakin son anda Qarabağ ermənilərinin nümayəndələri Azərbaycanın mərkəzi
hakimiyyətinin köməyindən imtina ediblər. Buna baxmayaraq, Azərbaycan tərəfi
dünən operativ qaydada lazımidərman vasitələrini göndərib
və verilən məlumata görə, bu gün də bu iş
davam etdirilir.

Source link