7f73b7de-1db4-4eb2-adf7-80b67ed51c83..jpg

Xankəndidə seçki bülletenlərinin sayılmasına başlanılıb – YENİLƏNİB + VİDEO

Baxış sayı: 446 dəfə baxılıb.

Xankəndidə İlham Əliyevdən 100%-lik nəticə – YENİLƏNİB + VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İşğaldan azad olunan Xankəndi şəhərində 122 saylı Xankəndi seçki dairəsinin 14
saylı məntəqəsində növbədənkənar prezident seçkisi üzrə səsvermənin nəticəsi
bəlli olub.
Cixisyolu.com-ın məlumatına görə, 122 saylı Xankəndi seçki dairəsinin 14 saylı
məntəqəsinin sədri İmran Mirzəyev açıqlamasında bildirib ki, prezidentliyə
namizədlərdənİlham Əliyev 100% nəticə ilə qələbə qazanıb.
19:51

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə
səsvermə başa çatdıqdan sonra bülletenlərin sayılmasına başlanılıb.

08:26

İşğaldan azad olunan Xankəndi şəhərində növbədənkənar prezident seçkisi üzrə
səsverməyə start verilib.

Cixisyolu.com xəbər verir ki, səhər saat 08:00-da məntəqə açılıb.

Şəhərdə 122 saylı Xankəndi seçki dairəsinin məntəqəsi yaradılıb.

14 saylı məntəqə şəhərin mərkəzi inzibati binasında yerləşir.

Müşahidəçilər səsvermə prosesini izləyirlər.

Məntəqə bütün ləvazimatlarla təchiz edilib. Burada səsvermə kabinəsi
quraşdırılıb, məntəqə üzvləri, müşahidəçilər üçün yerlər ayrılıb. Səsvermə
otağına səsvermə qutuları, stol, yazı ləvazimatı və gizli səsvermə üçün lazım
olan digər zəruri əşyalar qoyulub. Seçki günü səhhətində problem olduğuna görə
məntəqəyə gələ bilməyən seçicilərin səsverməsini təşkil etmək üçün səyyar seçki
qutusu ayrılıb.


Source link