2d9a2ed7-241c-432b-837f-05815a941efc..jpg

Xankəndidəki oyunu idarə etmiş hakim: “Həyatımın ən vacib matçı idi”

Baxış sayı: 587 dəfə baxılıb.

Xankəndidəki oyunu idarə etmiş hakim: “Həyatımın ən vacib matçı idi”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Bu, həyatımın ən vacib matçı idi”.

Bunu Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK komandaları arasında
keçirilmiş Azərbaycan Kubokunun 1/8 final mərhələsinin oyununu idarə etmiş baş
hakim Əli Əliyev Peşəkar Futbol Liqasının mətbuat xidmətinə açıqlamasında deyib.

Referi işğaldan azad olunmuş torpaqlarda ilk qarşılaşmanın hakimi olduğu üçün
qürur hissi keçirdiyini bildirib.

Vətən müharibəsi iştirakçısı həm döyüşlərdə ədaləti bərpa etməyə
çalışdıqlarını, həm də yaşıl meydanlarda ədaləti qoruduqlarını söyləyib:

“Bununla fəxr edirəm. Dövlətimə və millətimə minnətdaram. Müharibədə də bizi
çox dəstəklədilər. Təyinat gələndə çox qürurlandım. Atmosfer çox gözəl idi.
İnsanlar da “şəhidlər ölməz, vətən bölünməz” şüarı səsləndirirdilər. Döyüşçü
kimi orada hisslər tam başqa idi. Fikrimiz irəli getmək və torpaqlarımızı azad
etmək idi. Hakim kimi də əziyyətimizin bəhrəsini gördük. Çox sevinirdik”.

Qeyd edək ki, Xankəndi şəhər stadionundakı qarşılaşma “Qarabağ”ın 1:0 hesablı
qələbəsi ilə yekunlaşıb.

Source link