63a75e60-fd55-4b39-a7dc-c6ef39b9dbad..jpg

Xankəndidən olan erməni: “Azərbaycan hakimiyyətinin hüquqlarımızı təmin etməyə hazır olduğunu bilmirdik”

Baxış sayı: 435 dəfə baxılıb.

Xankəndidən olan erməni: “Azərbaycan hakimiyyətinin hüquqlarımızı təmin etməyə
hazır olduğunu bilmirdik”

“Qarabağın erməni sakinləri bilmirdilər ki, Azərbaycan hakimiyyəti onların
hüquqlarını təmin etməyə hazırdır və onlar burada qalıb yaşaya bilərlər”.

“Report” xəbər verir ki, bunu ailəsi ilə birlikdə Qarabağı tərk edən
erməniəsilli qadın deyib.

O bildirib ki, Azərbaycandan heç bir təzyiq görməyiblər, əksinə, separatçı
rejimin rəhbərlərinin əməlləri onları buna məcbur edib.

Qərarını və qayıdıb-qayıtmayacağını soruşduqda qadın cavab verib ki, Arayik
Arutyunyan rejimi onları buna vadar edib. Onun sözlərinə görə, onlar Azərbaycan
hökumətinin erməni əhalisinin bütün hüquqlarını təmin etməyə hazır olduğunu
bilmirdilər:

“Bizim bundan xəbərimiz yox idi. Bu barədə sizdən eşitmişik. Onda niyə geri
qayıtmayaq? Təbii ki, bunu istərdik”.

Xanımın həyat yoldaşı isə xunta rəhbərindən şikayətlənərək Arayik Arutyunyan
kimilərinin “vurulmalı” olduğunu deyib.

Qadın bildirib ki, ailəsi ilə Gorusda yaşayan anasının yanına gedir:

“Üç gün yolda qaldıq. Nə yaxşı ki, azərbaycanlılar bizə kömək etdilər, su
verdilər”.

Source link