Xankəndidən olan Xalq artisti gənclərə çağırış etdi – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Biz fiziki olaraq orada deyildik, amma ruhumuz, düşüncəmiz, fikrimiz hər
zaman torpaqlarımızda, Vətənimizdə idi”.
Bu fikirləri Xankəndi rayonunun Həsənabad kəndində dünyaya gəlmiş, Xalq
artisti Fəxrəddin Manafov deyib.
İşğaldan azad olunmuş ərazilərdə böyük bərpa-quruculuq işlərinin getdiyini
qeyd edən aktyor mədəniyyət sahəsində çalışan biri kimi gənclərə o yerlərə
qayıtmaqla bağlı çağırış edib.
Xalq artisti Fəxrəddin Manafovun iştirakı ilə Qaçqınların və Məcburi
Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi tərəfindən hazırlanmış növbəti
videoçarxı təqdim edirik:
Qeyd edək ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə
Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda
genişmiqyaslı bərpa-quruculuq işləri aparılır, ilk növbədə, müasir
infrastruktur formalaşdırılır, dayanıqlı məskunlaşma və iqtisadi reinteqrasiya
üçün zəruri şərait yaradılır. Dövlət komitəsi tərəfindən məcburi köçkünlərin
yeni salınmış yaşayış məntəqələrinə geri qayıdışı üçün məlumatlandırma,
təbliğat-izahat və təşviqat işləri həyata keçirilir. Bu çərçivədə işğaldan azad
edilmiş ərazilərdən olan ziyalıların, gənclərin və müxtəlif peşə sahiblərinin
iştirakı ilə videoçarxlar hazırlanır.
Source link