8c089032-bed6-4612-a153-c1199a94cd70..jpg

Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general – VİDEO

Baxış sayı: 561 dəfə baxılıb.

Xankəndini ermənilərdən, Lənkəranı separatçılardan təmizləyən irəvanlı general
– VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.

Cixisyolu.com xəbər verir ki, budəfəki veriliş Azərbaycan Xalq Cümhuriyyətinin (AXC)
Milli Ordusunun ilk Baş Qərargah rəisi, general-mayor Həbib bəy Səlimova həsr
olunub.

Bildirilir ki, Həbib bəy Səlimov 1881-ci il fevralın 8-də İrəvan şəhərində
anadan olub. İlk təhsilini İrəvan Müəllimlər Seminariyasında alıb. 1900-cü il
avqust ayının 12-də orduya könüllü yazılıb. Həbib bəy indiki Gəncə süvari
alayında 1 il 2 ay xidmət edərək unter-zabit rütbəsi alıb.

1902-ci ildə Tiflisdə süvari məktəbini bitirəndən sonra Üçüncü Qafqaz Atıcı
Batalyonunda xidmətə başlayıb. O, AXC-nin hərbi naziri Səməd bəy Mehmandarovun
əmri ilə 1919-cu il fevralın 26-da əmri ilə Bakının azad edilməsindəki
xidmətlərinə görə general-mayor rütbəsilə təltif edilib.

Həbib bəy Səlimovun əvəzsiz xidmətlərindən biri 1920-ci ilin mart-aprel
aylarında uğurla keçirilmiş Qarabağ əməliyyatıdır. Həmin əməliyyatda dövlətə
xəyanət edən, silahlı qiyam qaldıran erməni-daşnak silahlı birləşmələrinə ağır
zərbə vurulub, bölgədə Azərbaycanın suveren hüquqları bərpa edilib.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi
torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların
ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud
olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi
mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala,
saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr,
xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə
çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən
faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin
əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan
tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir
və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan
xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu
bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış
Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların
düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini
işıqlandırmaqdır.

Daha ətraflı Baku TV-nin süjetində:


Source link