Xankəndinin Kərkicahan qəsəbəsinə qayıdışa hazırlıq görülür – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Martın 5-də Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin
sədri Rövşən Rzayev Xankəndi şəhərinin Kərkicahan qəsəbəsinin bir qrup sakini
ilə görüşüb.
Bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi
məlumat yayıb.
Bildirilib ki, Kərkicahan qəsəbəsində Prezident İlham Əliyevin tapşırığı
əsasında, məcburi köçkünlərin geri dönüşünə hazırlıq görülür.
Qeyd olunub ki, bu il Kərkicahan qəsəbəsinə məcburi köçkünlərin ilk qrupu
köçürüləcək.
Hər zaman dövlətin diqqət və qayğısı ilə əhatə olunduqlarını deyən görüş
iştirakçıları doğma yurda qayıdışa hazırlığın başlanmasına görə Prezident İlham
Əliyevə, daim böyük dəstəyinə güvəndikləri Birinci vitse-prezidentMehriban
Əliyevaya təşəkkürlərini ifadə ediblər.
Qəbulda iştirak edən sakinlər hamılıqla doğma yurda qayıdıb, orada daimi
yaşamaq istədiklərini bildiriblər.