165fb568-8e43-4497-ac5d-49c4f0dc32d0..jpg

Xankəndiyə komendant təyin edilən Sərdar Səfərov kimdir?

Baxış sayı: 477 dəfə baxılıb.

Xankəndiyə komendant təyin edilən Sərdar Səfərov kimdir? – DOSYE
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Polis general-mayoru Sərdar Səfərov Xankəndi şəhərinə komendant təyin edilib
.

Cixisyolu.com xəbər verir ki, general Səfərov 1973-cü ildə Sumqayıtda anadan olub.
Dövlət Bədən Tərbiyəsi İnstitutunu, Türkiyənin Jandarma Zabitlər Məktəbini və
Daxili İşlər Nazirliyinin Polis Akademiyasını bitirib.

1996-2005-ci illərdə Daxili Qoşunlarda xüsusi təyinatlı bölüyün komandiri,
Xüsusi təyinatlı taborun qərargah rəisi kimi xidmət edib.

2019-2022-ci illərdə Bakı Şəhər Baş Polis İdarəsinin İctimai Təhlükəsizlik
İdarəsinin rəis müavini və həmin İdarənin rəisi olub. Daha sonra BŞBPİ rəisinin
xidmət üzrə müavini vəzifəsinə təyin edilib.

O, son olaraq bu ilin yanvarında Daxili İşlər Nazirliyinin Baş İctimai
Təhlükəsizlik İdarəsinin rəisi təyin edilmişdi. General-mayor rütbəsini isə
ötən ilin iyulunda alıb.

“Hərbi xidmətlərə görə”, “İgidliyə görə”, “Vətən uğrunda” medalları ilə təltif
edilib. Ailəlidir, üç övladı var.

Qeyd edək ki, ötən gün İlham Əliyevin Xankəndiyə səfəri çərçivəsində Sərdar
Səfərov Prezidentə raport verib.

Source link