b7b4ae68-ee70-4d6f-9156-118d5394730b..jpg

Xanlar Vəliyev: “Erməni silahlı birləşmələrinin törətdiyi hadisələrlə bağlı altı cinayət işi başlanıb”

Baxış sayı: 696 dəfə baxılıb.

Xanlar Vəliyev: “Erməni silahlı birləşmələrinin törətdiyi hadisələrlə bağlı
altı cinayət işi başlanıb”

“Son günlər erməni silahlı birləşmələri tərəfindən törədilmiş cinayət faktları
əsasında cinayət işləri açılıb”.

Bunu respublika hərbi prokuroru Xanlar Vəliyev deyib.

O bildirib ki, hərbi prokurorluq orqanlarında Azərbaycan Respublikası Cinayət
Məcəlləsinin 29, 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürməyə cəhd);
29,120.2.12-ci (Milli, irqi, dini ədavət və ya düşmənçilik niyyəti ilə qəsdən
adam öldürməyə cəhd); 120.2.7-ci (İki və ya daha çox şəxsi qəsdən öldürmə);
120.2.11-ci (Quldurluq, hədə-qorxu ilə tələb etmə, terrorçuluq və ya
banditizmlə əlaqədar qəsdən öldürmə); 120.2.12-ci (Milli, irqi, dini ədavət və
ya düşmənçilik niyyəti ilə qəsdən adam öldürmə); 214.2.1-ci (qabaqcadan əlbir
olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar
təşkilat) tərəfindən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali
arasında vahimə yaratmaq, yaxud dövlət hakimiyyət orqanları və ya beynəlxalq
təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədilə
insanların həlak olması, onların sağlamlığına zərər vurulması və ya başqa
ictimai təhlükəli nəticələrin baş verməsi təhlükəsi yaradan partlayış, yanğın
və ya digər hərəkətlər (terror aktı) törətmə, habelə həmin məqsədlə bu cür
hərəkətlərin törədiləcəyi ilə hədələmə); 279.3-cü (Azərbaycan Respublikasının
qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar
yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə, onları
silahla, döyüş sursatı ilə, partlayıcı maddələrlə, hərbi texnika ilə, yaxud
əsgəri ləvazimatla təchiz etmə adamların həlak olmasına və ya digər ağır
nəticələrə səbəb olduqda) və digər maddələri ilə 6 cinayət işi başlanılıb:

“Mövcud şəraitdə mümkün olan zəruri istintaq-əməliyyat hərəkətləri intensiv
şəkildə həyata keçirilib”.

Source link