Xanlar Vəliyev: “Qeydə alınmış cinayətlərin 99,8 faizi açılıb”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“İşçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə
99,8 faizi, o cümlədən bəzi qəbildən olan cinayətlərin 100 faizi açılıb”.
“Report” xəbər verir ki, bunu Hərbi Prokurorluqda geniş kollegiya iclası
zamanı Hərbi prokuror Xanlar Vəliyev deyib.
Xanlar Vəliyev bildirib ki, insan hüquq və azadlıqlarının daha etibarlı
müdafiəsi, nizam-intizamın və qanunçuluğun möhkəmləndirilməsi, eləcə də
cinayətkarlığa qarşı mübarizə istiqamətində əldə olunan müsbət nəticələrdə
Hərbi Prokurorluq orqanları ilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti,
Daxili Qoşunlar və digər hərbi qurumlar, həmçinin qeyri-hökumət təşkilatları
arasında yaranmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin də çox böyük
əhəmiyyəti olub.
“2023-cü ildə də aidiyyəti dövlət orqanları ilə birgə hazırlanmış müvafiq
tədbirlər planları əsasında mütəmadi olaraq hərbi qulluqçularla görüşlər təşkil
olunub, onların qayğı və problemləri ilə maraqlanılıb, həmçinin fərdi qəbullar
keçirilib. Eyni zamanda, bayramlarda və digər əlamətdar günlərdə hərbi
hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanları
ilə birgə hərbi qulluqçuların iştirakı ilə tədbirlər, o cümlədən bayram
mərasimləri keçirilib və xidmətdə fərqlənənlərə hədiyyələr təqdim olunub”, –
deyə o qeyd edib.