1f415b89-0892-4d01-9a6d-f374d50d40e1.jpg

“Xaqani” bağında qanunsuz tikinti işlərinin qarşısı alınıb

Baxış sayı: 242 dəfə baxılıb.

Paytaxtın Səbail rayonunda yerləşən, hər kəsin “Molokan” parkı kimi tanıdığı
“Xaqani” bağının ərazisinin bir hissəsinin ictimai iaşə obyekti tərəfindən zəbt
edilməsinin qarşısı alınıb.

Bu barədə Cixisyolu.com-a Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura
Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən
şəhərsalma monitorinqi çərçivəsində həyata keçirilən operativ əməliyyat
tədbirləri nəticəsində zəbt olunmuş ictimai ərazinin boşaldılması və
vətəndaşların istifadəsinə qaytarılması istiqamətində müvafiq tədbirlər həyata
keçirilib, həmçinin aidiyyəti orqanlara qanun pozuntusu barədə məlumat verilib.

14 oktyabr, 23:38

Paytaxtın Səbail rayonunda yerləşən, hər kəsin “Molokan” parkı kimi tanıdığı
“Xaqani” bağında insanların istirahət etməsi üçün nəzərdə tutulan yer adı hələ
ki məlum olmayan restoran tərəfindən zəbt olunub.

Yaranan vəziyyət sakinlərin narazılığına səbəb olub:

“Hansısa kənar şəxs vətəndaşların istirahəti üçün nəzərdə tutulan yeri məşğul
edirsə, həmçinin əhalidən əyləşmək üçün ödəniş tələb edirsə, bu qanunsuzluqdur.
Parkın rəhbərliyi buna qarışmalıdır, hüquq-mühafizə orqanlarının əməkdaşları
zəruri tədbirlər görməlidirlər”.

Məsələ ilə bağlı sosioloq Mail Yaqub bildirib ki, ümumi məkanlar biznes
istifadəsi üçün ayrıla bilməz:

“Bu biabırçılığa son qoyulmalıdır. Parkda insanların istirahəti üçün məkan
ayrılıbsa, həmin ərazi qorunmalıdır, sakinlərin istifadəsinə verilməlidir.
Kimsə gəlib şəxsi biznesi üçün istifadə edə bilməz”.

Ətraflı Baku TV-nin süjetində:

“Xaqani” bağında qanunsuz tikinti işlərinin qarşısı
alınıb
“Xaqani” bağında qanunsuz tikinti işlərinin qarşısı alınıb

Source link