fe0f90d4-8ed8-4367-bad6-aad4dd1f4ec8..jpg

“Xarı Bülbül”ün baş məşqçisi: “Panatinaikos” çox ciddi rəqibdir”

Baxış sayı: 518 dəfə baxılıb.

“Xarı Bülbül”ün baş məşqçisi: “Panatinaikos” çox ciddi rəqibdir”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Növbəti raundda Yunanıstan klubu “Panatinaikos”la qarşılaşacağıq. Çox ciddi
rəqibdir. Buna hazırlaşmalıyıq. Bir ay vaxtımız var, ilk oyunu da səfərdə
keçirəcəyik”.

Bunu “Report”a açıqlamasında Çelenc Kubokunda 1/16 finala yüksələn “Xarı
Bülbül”ün baş məşqçisi Ziya Rəcəbov deyib.

41 yaşlı mütəxəssis əvvəlki raundda Slovakiyanın “TJ Spartak” komandasını
mübarizədən kənarlaşdırmalarına da toxunub:

“Voleybolçulara, azarkeşlərə, dəstək olanlara və rəhbərliyə təşəkkür edirəm.
Həqiqətən çox gərgin matç alındı. Belə olacağını da gözləyirdim. Çünki rəqib
birinci qarşılaşmada məğlub olduğu üçün itirəcəkləri heç nəyi yox idi. Var
gücləri ilə oynamalıydılar. Elə də oldu. Beləliklə, bir seti xeyirlərinə başa
vurdular. Hamını təbrik edirəm. Şuşanın adı simvolik olaraq bizim üçün çox
önəmlidir. Məsuliyyət böyük olduğu üçün çox işlər görməliyik. Allah
şəhidlərimizə rəhmət etsin”.

Source link