74d2a59e-5f17-4bfe-bc77-5a43f8377975..jpg

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb – FOTO

Baxış sayı: 695 dəfə baxılıb.

“Xarıbülbül” festivalı çərçivəsində “Qarabağnamə” adlı sərgi açılıb – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Heydər Əliyev Fondunun və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada
işə başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı çərçivəsində mayın
12-də “Qarabağnamə” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, Şuşa şəhərində yerləşən Yaradıcılıq Mərkəzində açılan
sərgidə 23 rəssamın Qarabağın tarixi, zəngin mədəniyyəti, məişəti, xüsusilə də
Şuşanın tarixi və memarlığını əks etdirən əsərləri nümayiş olunur.

Qarabağın tarixinə, füsunkar təbiətinə boyalara həyat verən təsviri sənət
ustalarımızın “Laləzar körpüsü”, “Saatlı məscidi”, “Azad Şuşa”, “Şuşa incisi”,
“Ana Vətən” və digər əsərlərinin qarşısından dayanmadan keçmək mümkün deyil.
Fırça ustalarımız Azərbaycanın dilbər guşəsi Qarabağa xüsusi həssaslıqla
yanaşıblar. Qarabağın tarixi şəxsiyyətləri, başı qarlı dağları, çayları,
dərələri əsərlərdə çox təbii alınıb.

Sərgidə rəssamların seçilmiş mövzulu əsərlərini səciyyələndirən ilkin
xüsusiyyət rəng-forma cəlbediciliyidirsə, ikinci əsas şərt bədii
ümumiləşdirmələr aparmaları, Qarabağın tarixi ənənələrinə bələdçilik, ana
təbiətə, adət-ənənələrimizə maraq və sevgidir. Sərgilənən əsərlərdə Qarabağın
stereotipləri, musiqi sənəti, süfrə mədəniyyəti, bayram coşqusu, milli mətbəxi
kimi mövzular böyük həvəslə canlandırılıb.

Əsərləri nümayiş etdirilən rəssamlar da öz sevinclərini bölüşərək öz
yaradıcılıqlarında bundan sonra da doğma, əziz Qarabağımıza və onun baş tacı
olan Şuşaya xüsusi yer ayıracaqlarını bildirdilər.

Source link