“Xarıbülbül” festivalı “Sələflər və xələflər”lə Laçında – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Şuşada
başlayan “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalı mayın 13-də Laçında
“Sələflər və xələflər” adlı konsert proqramı ilə davam edib.
Cixisyolu.com xəbər verir ki, festival Həkəri çayı ətrafında iştirakçıları və
qonaqları bir araya gətirib.
Laçın şəhərinin ən mənzərəli məkanlarından birinə gələn qonaqlara milli-mənəvi
irsimizdən, ənənələrin valideyndən övlada keçməsindən, gənc nəslin milli
dəyərlərə sevgi və sədaqətindən qaynaqlanan “Sələflər və xələflər” layihəsi
təqdim edilib.
Konsert proqramında Azərbaycanın tanınmış incəsənət ustalarının onların
sənətini davam etdirən övladları, yetirmələri ilə birgə çıxışları təqdim
olunub. Layihə milli musiqimizin, mədəniyyətimizin, ənənələrimizin yaşadılması
üzərində qurulub.