Xaricə mal satan şirkətlərin reytinqi açıqlandı

Xaricə mal satan şirkətlərin reytinqi açıqlandı

Baxış sayı: 2. 604 dəfə baxılıb.

Qeyri-neft sektoru üzrə ixracı reallaşdıran dövlət və qeyri-dövlət şirkətlərinin reytinqi bəlli olub.

ÇıxışYolu.Com xəbər verir ki, 2018-ci ilin yanvar – fevral aylarında qeyri-neft sektoru üzrə qeyri-dövlət ixracatçı şirkətlərin siyahısında ilk onluqda “Azərbaycan İnterneyşnl Mayninq Kompani Limited Şirkəti”nin Azərbaycan Respublikasındakı nümayəndəliyi, “Aqrodoctor” MMC, “MKT İstehsalat Kommersiya” MMC, “Baku Steel Company” MMC, “Qlaf Drillinq Saplay FZE” şirkətinin Azərbaycan Respublikasındakı Filialı, “CTS-Agro” MMC, Ram Beynəlxalq Nəqliyyat və Ticarət LTD” MMC, “Food export Şəmkir”, “İlham-M” MMC, “Sun Food” MMC təmsil olunub. 

Qeyri-neft sektoru üzrə ixrac əməliyyatlarında iştirak edən dövlətə məxsus şirkətlərə gəlincə, siyahıda səkkiz şirkət təmsil olunur.

Bu siyahıda adı olan və yanvar-fevral aylarında 100 min ABŞ dollarından çox ixrac əməliyyatı həyata keçirən şirkətlər ARDNŞ-in “Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi”, “Azərenerji” ASC, “Det-al Alüminium” MMC, “Azergold” QSC, “Azərbaycan Hava Yolları” QSC, “Ərzaq Məhsullarının Tədarükü və Təchizatı” ASC, “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC və “Suraxanı Maşınqayırma Zavodu Törəmə” ASC-dir.

.
www.ÇıxışYolu.Com