Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsinin şərtləri açıqlandı

Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsinin şərtləri açıqlandı

Baxış sayı: 1. 737 dəfə baxılıb.

Xaricdə doktorantura səviyyəsində təhsilin maliyyələşdirilməsinin şərtləri açıqlandı

Azərbaycan vətəndaşlarının xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətlərinə uyğun olaraq yerli ali təhsil və elm müəssisələri üçün peşəkar mütəxəssislərin yetişdirilməsi həyata keçiriləcək.

ÇıxışYolu.Com-ın məlumatına görə bunu Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində Azərbaycan Respublikası vətəndaşlarının xaricdə doktorantura səviyyəsində təhsilinin maliyyələşdirilməsi və seçiminə dair Qaydalarla bağlı keçirilən mətbuat konfransında deyib. 

Onun sözlərinə görə, hazırda reytinqdə adı olan universitetdə təhsil alan Azərbaycan vətəndaşları da bu proqrama müraciət edərək təhsillərinin maliyyələşməsini istəyə bilərlər:

“Əsas tələblərdən biri üçtərəfli müqavilənin olmasıdır. Maliyyə hissəsi yenə də Azərbaycan Dövlət Neft Fondu tərəfindən ödəniləcək. Doktorantura səviyyəsi üzrə istiqamətlər may ayından müəyyənləşib.

Bütün ixtisasları özündə ehtiva edir. 2020-ci ilin yaz semestri üçün sözügedən Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura təhsili üçün bu gündən müvafiq elan verilib. Sənəd qəbulu ildə iki dəfə aparılacaq. Sentyabrdan növbəti semestr üçün sənəd qəbulu olacaq”.  

Qeyd olunub ki, xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi nəticəsində Azərbaycan  vətəndaşlarının “Times Higher Education (THE) World University Rankings”, “Academic Ranking of World Universities (Shanghai)” reytinq siyahılarında ilk 500-də yer alan nüfuzlu ali təhsil müəssisələrində doktorantura təhsilinin maliyyələşdirilməsi, yerli ali təhsil müəssisələri ilə bağlanacaq üçtərəfli müqavilə nəticəsində Dövlət Proqramı çərçivəsində doktorantura səviyyəsi üzrə təhsil almış məzunların akademik və ya inzibati olaraq işlə təminatı, həmçinin Dövlət Proqramı çərçivəsində xaricdə doktorantura səviyyəsində təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin Azərbaycanda elmi-pedaqoji sahədə tətbiqi, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksək tədqiqat bacarıqlarına malik kadr potensialının formalaşdırılmasına nail olunması və yerli ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması nəzərdə tutulur.

İlhamə Əbülfət