c90cd633-b4f8-4aca-b450-66258a82acd2..jpg

Xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini dəstəkləyirlər

Baxış sayı: 629 dəfə baxılıb.

Xaricdə yaşayan azərbaycanlılar Prezident İlham Əliyevin namizədliyini
dəstəkləyirlər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

7 fevral 2024-cü ildə Azərbaycanda keçiriləcək növbədənkənar Prezident
seçkiləri yaxınlaşdıqca, dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız
Azərbaycanın xoşbəxt gələcəyinin memarıİlham Heydər oğlu Əliyevin namizədliyini
dəstəklədiklərini bildirirlər.

APA xəbər verir ki, ayrı-ayrı ölkələrdə yaşayan həmvətənlərimiz “Facebook”
sosial şəbəkəsində yaratdıqları “BİZ – Zəfər Yoluna Davam” platforması
vasitəsilə dünya azərbaycanlılarını milli birlik nümayiş etdirərək seçkilərdə
fəal olmağa dəvət edirlər.

Gürcüstanda fəaliyyət göstərən “Maarif” təşkilatının sədri, “Maarif”
jurnal-qəzetinin baş redaktoru Ələddin Qarabağlı yaydığı bəyanatda dünyanın
müxtəlif ölkələrində yaşayan bütun həmvətənlərimizi millətimizin adını qalib
millətlər siyahısına qızıl hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən
Liderin təbligatında fəal olmaga dəvət edib: “Biz əminik ki, xalqımızın seçimi
Müzəffər Ali Baş Komandan İlham Əliyev olacaq”.

Almaniyanın Berlin şəhərində fəaliyyət göstərən “Xarı Bülbül” Azərbaycan
Mədəniyyət Evinin sədri Sevda Badaliouri bildirib ki, İlham Əliyevin rəhbərliyi
ilə ölkəmizdəki iqtisadi inkişaf, sosial və mədəni təşəbbüslərin təşviqi
sahəsində əldə olunan müstəsna nailiyyətlər təqdirəlayiqdir: “Dünya
azərbaycanlılarını qarşıdan gələn seçkilərdə aktiv iştirak etməyə və Ali Baş
Komandan İlham Əliyevi dəstəkləmə dəvət edirik”.

Sloveniyada fəaliyyət göstərən Azərbaycan Türk Mədəniyyəti Assosiasiyasının
prezidenti Taleh Qurbanov qeyd edib ki, Sloveniyada yaşayan Azərbaycan
vətəndaşları 2024-cü il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident
seçkilərində sevinc, fərəh hissi ilə iştirak edəcək və ölkəmizin taleyinə
qələbə yazmış Prezidentə öz dəstəyini bildirməkdən qürur duyacaq.

Böyük Britaniyanın Vorvik Universitetinin Azərbaycan Cəmiyyətinin rəhbəri
Rafiq Niftəliyev də Prezident İlham Əliyevə müraciətində namizədliyini
dəstəklədiklərini bəyan edib: “Biz inanırıq ki, Siz Azərbaycanın
müstəqilliyinin və xalqımızın təhlükəsiz gələcəyinin sarsılmaz qarantısınız”.

“Gürcüstanda yaşayan Azərbaycanlı Məktəbli-Gənclərin Mədəniyyət Mərkəzi”nin
sədri Ceyran Qurbanovanın bəyanatında xalqımıza Zəfər sevincini yaşadan Ali Baş
Komandana sarsılmaz dəstək ifadə olunub: “Dünyanın müxtəlif ölkələrində yaşayan
bütun həmvətənlərimizi millətimizin adını qalib millətlər siyahısına qızıl
hərflərlə yazan, ərazi bütovlüyümüzü təmin edən Liderimizin təbliğatında fəal
olmaga dəvət edirik. Biz əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş Komandan
İlham Əliyev olacaq”.

Böyük Britaniyada yaşayan diaspor fəalı, “Bülbül” Azərbaycan dili kitabının
müəllifi Emiliya Cəbrayılova bildirib ki, ərazi bütövlüyümüzün və dövlət
suverenliyinin bərpası İlham Əliyevin strateji baxışının və Azərbaycanın
rifahına sarsılmaz sədaqətinin sübutudur: “Azərbaycana rifah və möhkəmliyi
təmin etmək üçün sınanmış təcrübəyə malik lider lazımdır. İnanırıq ki,
Prezident İlham Əliyevin uzaqgörən rəhbərliyi altında Azərbaycan güclənməkdə
davam edəcək və firavan gələcəyin formalaşdırılmasında əsas rol oynayacaq”.

Bəhreyndə Səudiyyə Ərəbistanı Sığorta Assosiasiyasının departament rəhbəri,
həkim Ellada Abdullayeva deyib ki, Bəhreyn Krallığındakı Azərbaycan icması
“Zəfər Yoluna Davam!” şüarı ilə ulu öndər Heydər Əliyevin yolunu layiqincə
davam etdirən möhtərəm Prezidenti ürəkdən dəstəkləyir:

“Azərbaycan xalqı Prezidentimizi sevir. Onun güclü, qüdrətli dövlətimizin,
məğrur və yenilməz xalqımızın Lideri olması ilə qürur duyur. Hər bir səsvermə
hüququ olan Azərbaycan vətəndaşını Qalib Liderimizin dəstəklənməsi məqsədilə
fəal olmağa dəvət edirik. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş
Komandan İlham Əliyev olacaq!”

Kaliforniya Azərbaijan Dostluq Assosiasiyası da 7 fevral seçkiləri ilə bağlı
mövqeyini açıqlayıb. Bu barədə assosiasiyanın sədri Elnurə Haşımova açıqlama
verib: “Biz Azərbaycan diasporu olaraq qarşıdan gələn növbədənkənar Prezident
seçkilərində İlham Əliyevin qələbəsinə inanırıq. Əminik ki, onun müdrik
rəhbərliyi altında dövlətimizin və xalqımızın növbəti uğurlarının şahidi
olacağıq”.

Gürcüstanda fəaliyyət göstərən “QANUN” Hüquqi Yardım Mərkəzinin baş direktoru
Əli Bədirov isə vurğulayıb ki, növbədənkənar Prezident seçkilərində ümummilli
lider Heydər Əliyevin siyasətini qürur hissi ilə davam etdirən İlham Heydər
oğlu Əliyevin namizədliyini “Qalib Xalqın Qalib Lideri” və “Dünya
azərbaycanlıların lideri” şüarları altında dəstəkləyirlər:

“Gürcüstanda yaşayan Azərbaycan vətəndaşlarının Sizi dəstəkləyəcəyindən əmin
ola bilərsiniz. Dünya azərbaycanlıların adını qalib millətlər siyahısına qızıl
hərflərlə yazan, Azərbaycanın ərazi bütovlüyünü təmin edən Liderin təbliğatında
fəal olmaga həmişə hazırıq. Əminik ki, xalqımızın seçimi Müzəffər Ali Baş
Komandan İlham Əliyev olacaq”.

Prezident İlham Əliyevin namizədliyini dəstəkləyənlər arasında Türkiyənin
Bilkent Universitetinin professoru, Azərbaycanın əməkdar elm xadimi Əmirullah
Məmmədov, Kanadanın Vaterloo Universitetinin professoru, Azərbaycanın “Tərəqqi”
medalı laureatı İlham Axundov, Azərbaycanın xalq artisti, Türkiyənin Adana
Çukurova Universiteti Dövlət Konservatoriyasının professoru Cahangir Novruzov,
Rusiyanın əməkdar incəsənət xadimi, Azərbaycanın “Dostluq” ordeni laureatı
Məmmədəli Ağayev, Rusiyanın əməkdar incəsənət xadimi, Mariinskiy Teatrın
Primorye səhnəsinin balet qrupunun bədii rəhbəri, Azərbaycanın “Dostluq” ordeni
laureatı Eldar Əliyev də var.

Azərbaycanın əməkdar rəssamı, Azərbaycan Rəssamlıq Akademiyasının dosenti
Əsmər Nərimanbəyova da Prezident seçkilərində İlham Əliyevin namizədliyini
dəstəklədiyini bildirib: “Valideynlərimin – Azərbaycanın xalq rəssamı Toğrul
Nərimanbəyov və Azərbaycanın əməkdar rəssamı Elmira Hüseynovanın hər zaman Sizi
– görkəmli dövlət xadimi Heydər Əliyevin siyasətini böyük uğurla davam etdirən
İlham Heydər oğlu Əliyevi dəstəklədiklərini qürur hissi ilə xatırlayıram. Bu
gün bu ənənəni oğlum Tofiq Ağayevlə birgə davam etdirdiyim üçün xoşbəxtəm.
Əminik ki, xalqımızın seçimi dövrümüzün görkəmli siyasətçisi və dövlət xadimi
İlham Heydər oğlu Əliyev olacaq”.

Pənahəli xanın İspaniyada yaşayan varisi, Madrid Alkala Universitetinin 4-cü
kurs tələbəsi, Diaspor Gənclərinin IV Yay Düşərgəsinin iştirakçısı Məhəmmədəli
Əkbərov Prezident İlham Əliyevə müraciətində ona dəstəyini bildirib: “Pənahəli
xanın nəslindən bir nümayəndə olaraq suveren Azərbaycan torpaqlarının azad
olunması məni qürurlandırır”.

Azərbaycan Yaponiya Dostluq Mərkəzi də 7 fevral seçkilərində İlham Heydər oğlu
Əliyevin namizədliyini dəstəkləyəcək. Bu barədə mərkəzin sədri, dünya şöhrətli
azərbaycanlı elektronika mühəndisi, LCD televizor, kompüter və mobil
telefonların əsas hissələrindən birinin – maye kristal displeyin arxa fon
işıqlarının yaradıcısı Xəlil Kələntərin bəyanatında bildirilib: “Hesab edirik
ki, növbədənkənar Prezident seçkiləri 55 milyonluq azərbaycanlılar üçün işıqlı
yol və böyük millətimizin taleyində çox vacib məqam olacaq. Azərbaycan-Yaponiya
Dostluq Mərkəzi olaraq inanırıq ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev
müasir, dünyəvi və inkişaf etmiş ölkəmiz üçün güclü bir Liderdir və biz Sizin
namizədliyinizi dəstəkləyirik”.

ABŞ-da fəaliyyət göstərən Milli Musiqi və Qlobal Mədəniyyət Cəmiyyətinin
prezidenti, Azərbaycanın əməkdar artisti, professor Nərgiz Əliyarova Amerikada
yaşayan azərbaycanlıların seçiminin İlham Əliyev olduğunu vurğulayıb: “Cənab
Prezident, Amerika azərbaycanlıları olaraq qarşıdan gələn növbədənkənar
Prezident seçkilərində “Qalib Xalqın Qalib Lideri” şüarı altında Sizin yenidən
qalib gələcəyinizə inanır, ölkə başçısı kimi fəaliyyətinizi uğurla davam
etdirməyinizi diləyirik”.

Source link