Xaricdən mal sifariş verənlərə XƏBƏRDARLIQ – VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
Bağlamaların çatdırılması ilə bağlı vətəndaşlara “Azərpoçt”un adından saxta
SMS-lər göndərilir.
Xezerxeber.az-ın məlumatına görə, kiberdələduzlar vətəndaşlara mesajlar
göndərərək çatdırılma ünvanının yanlış olduğunu deyirlər. Onlar məhsulu çatdıra
bilmədiklərini deyirlər və ünvanın yenilənməsi üçün vətəndaşları saxta
keçidlərə yönləndirirlər.
İnformasiya təhlükəsizliyi üzrə ekspert Rəşad Əliyev bildirir ki, belə
mesajların göndərilməsində məqsəd vətəndaşların şəxsi məlumatlarının ələ
keçirilməsidir.
Ekspert naməlum mənbələrdən daxil olan mesajların tərkibindəki keçidlərə daxil
olmamağı, bank kartı və digər fərdi məlumatları qarşı tərəfə ötürməməyi tövsiyə
edir.
Qeyd edək ki, “Azərpoçt” MMC də bununla vətəndaşlara xəbərdarlıq edib. Rəsmi
məlumatları yalnız müvafiq qurumun özündən dəqiqləşdirmək tövsiyə olunur.
Ətraflı süjetdə: