946768e5-8513-4926-ac1d-39cedb813a6f..jpg

Xarici İşlər Nazirliyində protokol idarəsinin rəisi işdən çıxarılıb?

Baxış sayı: 605 dəfə baxılıb.

Xarici İşlər Nazirliyində protokol idarəsinin rəisi işdən çıxarılıb?

Sosial şəbəkələrdə Azərbaycan Xarici İşlər Nazirliyinin protokol idarəsinin
rəisinin işdən çıxarılması ilə xəbərlər yayılıb.

Trend xəbər verir ki, yayılan məlumatlarda xarici işlər naziri Ceyhun
Bayramovun əmri ilə nazirliyin Protokol idarəsinin rəisi Ramil Rzayev işdən
çıxarılıb.

Məsələ ilə bağlı Nazirlikdən Trend-in sorğusuna cavab olaraq bildirilib ki,
nazirlikdə daxili rotasiya olub.

“Bu işdən çıxarılma deyil. Daxili rotasiya olub. Ramil Rzayev başqa idarənin
rəisi təyin edilib. O, yeni vəzifəsinin icrasına 12 oktyabr tarixindən etibarən
başlayacaq”, – deyə əlavə edib.

Source link