35ebe231-2a16-404c-97ca-bea10df8ee98..jpg

Xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanıldı – FOTO

Baxış sayı: 3. 013 dəfə baxılıb.

Xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər saxlanıldı – FOTO

Narkotik qarşılığında xarici ölkə vətəndaşına narkokuryerlik edən iki nəfər
saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən
məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən daxil olmuş
əməliyyat məlumatı əsasında həyata keçirilən tədbir zamanı Ağcəbədi rayon
sakinləri Azər Həsənli və Həsən Hüseynov rayonunun Sarıcalar kəndi ərazisində
saxlanılıblar.

Həmin şəxslərdən təmiz çəkisi 2 kiloqram 55 qram olan narkotik vasitə – heroin
və 2 kiloqramdan artıq marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxslər ifadələrində narkokuryerlik etdiklərini etiraf ediblər.

Araşdırmalar zamanı A.Həsənlinin və H.Hüseynovun kənd ərazisində gizlədilən
narkotik vasitələri götürərək Bakı şəhərində qabaqcadan təyin olunan yerə
çatdırmalı olduqları müəyyən edilib. Həmin narkotacir isə narkokuryerlərə bunun
müqabilində 50 qram heroin verəcəyini vəd edib.

Faktla bağlı Saatlı RPŞ-nin İstintaq Bölməsində cinayət işi başlanılıb,
saxlanılan hər iki şəxs barəsində rayon məhkəməsinin qərarı ilə həbs qətimkan
tədbiri seçilib. Onların cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində
tədbirlər davam etdirilir.

Source link