Şuşa şəhərində Türk Dövlətləri Təşkilatının (TDT) və Səhiyyə Nazirliyinin
birgə təşkilatçılığı ilə quruma üzv və müşahidəçi ölkələrin səhiyyə
nazirlərinin IV iclası keçirilir.
“Report” xəbər verir ki, tədbirdə TDT-nin baş katibi, üzv və müşahidəçi
ölkələrin səhiyyə nazirləri, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi,
həmçinin müxtəlif ölkələrdən dəvət olunan elm adamları iştirak edirlər.
Tədbirin sonunda yekun sənəd – Birgə Bəyannamə qəbul ediləcək.