eca45c6e-ca1b-4333-9603-31e94486a5bf..jpg

Xarici ticarət dövriyyəsi niyə azalır? – FOTO

Baxış sayı: 375 dəfə baxılıb.

Xarici ticarət dövriyyəsi niyə azalır? – FOTO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard
428 milyon dollar olub”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkə
hesabında yazıb.

Deputat ixracatımızın 3 milyard 981 milyon, idxalımızın isə 2 milyard 446
milyon dollar olduğunu deyib.

“Bu müddətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real
ifadədə 15 faiz, o cümlədən idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb. Qeyd
edək ki, qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə
müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455
milyon dollar təşkil edib”.

Vüqar Bayramov diqqəti çəkən məqamın bu ilin ilk 2 ayında neftin dünya bazar
qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə kəskin fərq olmadığını deyib.

“Belə ki, Brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin yanvar
ayında 82,5, fevral ayında 82,8, bu ilin ilk aylarında isə uyğun olaraq 80,12
və 83,48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82,65, bu ilki dövr üçün isə
81,8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi neftin dünya bazar qiyməti
ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb.

Bununla belə, neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya
gətirib çıxarıb. Neft hasilatı bu müddətdə 6,7 faiz azalıb. Azərbaycan
ixracatının 90 faizə yaxınını neft və qaz ixracatı təşkil etdiyi bu ümumi
ticarət dövriyyəsində azalmalar ilə müşahidə olunub. İdxalın azalması mövsümi
faktorlar və eləcə də dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi
ilə bağlıdır.

Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə
ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiya
baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının
şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”, – deyə deputat yazıb.

Source link