4a2cd294-3c17-48e0-a576-af0a1379a2d3.jpg

Xarici turistlər niyə rayonlara az gedirlər?

Baxış sayı: 170 dəfə baxılıb.

“Azərbaycana gələn turistlərin 80 faizdən çoxu Bakı şəhərinə üstünlük verir”.

Cixisyolu.com xəbər verir ki, bu fikirləri Milli Məclisin iqtisadçı deputatı Vüqar
Bayramov sosial media hesabında bildirib.

“Bu o deməkdir ki, ölkəyə gələn hər 100 turistdən cəmi 19-u Bakıdan kənara,
rayonlara gedir. 2024-cü ilin ilk 9 ayında turistlərin ikinci ən çox üstünlük
verdiyi rayon Qəbələdir. Azərbaycana gələnlərin 4.7 faizi sözügedən rayonda
qalıb. Bütövlükdə, turistlərin 4.3 faizi Qusarda, 3.7 faizi Naftalanda, 3.5
faizi Qubada, 0.6 faizi Şabranda, 2.2 faizi isə digər şəhər və rayonlardakı
mehmanxanalara üstünlük verib”.

Deputat qeyd edib ki, bölgələrimiz xarici turist cəlb etməkdə paytaxt
hotellərinə yenə də uduzurlar:

“Paytaxtın infrastrukturunu nəzərə aldıqda bu normal qarşılana bilsə də,
regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ
də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və bu da xarici turist
cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm
xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də
standartlardan geri qalır.

Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin keçirdiyi gecələmələrin sayı
2023-cü ilin yanvar-sentyabr ayları ilə müqayisədə 27.0 faiz artaraq 1 milyon
772 min olub. Azərbaycanda hotellərə üstünlük verən əcnəbilər arasında
Hindistan birincidir: ümumi sayın 19.9 faizi Hindistan, 13.8 faizi Rusiya, 8.7
faizi Səudiyyə Ərəbistanı, 7.0 faizi Türkiyə, 5.6 faizi Birləşmiş Ərəb
Əmirlikləri, 3.6 faizi ABŞ, 3.0 faizi Küveyt, 2.8 faizi Qazaxıstan, 2.5 faizi
İsrail, 2.5 faizi Böyük Britaniya, 2.4 faizi Pakistan, 2.2 faizi Özbəkistan,
2.1 faizi Çin, 1.3 faizi Almaniya, 1.1 faizi İtaliya, 21.5 faizi isə digər
ölkələrin vətəndaşlarının payına düşüb.

Bu müddətdə hotellərin gəlirləri 26.7 faiz artaraq 468.5 milyon manat olub.
Göründüyü kimi, bölgə hotellərin gəlirlərinin artmasına baxmayaraq, yenə də
əsas qazanc Bakı mehmanxanalarının payına düşüb”.

Source link