251269ad-65d8-4f1b-bf9d-8734c9450469..jpg

Xatirə İslam körpə uşağın “üzünü” özünə köçürtdü: Hüceyrələr necə əldə olunur? – AÇIQLAMA + FOTO/VİDEO

Baxış sayı: 578 dəfə baxılıb.

Xatirə İslam körpə uşağın “üzünü” özünə köçürtdü: Hüceyrələr necə əldə olunur?
– AÇIQLAMA + FOTO/VİDEO
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Müğənni Xatirə İslam üzünə kök hüceyrə proseduru etdirib.

Sənətçi körpə uşağın hüceyrəsinin ona köçürüldüyünü vurğulayıb. Onun bu
açıqlaması cəmiyyətdə birmənalı qarşılanmayıb.

“Uşağın hüceyrəsi necə əldə edilir” sualı cəmiyyətdə daha çox müzakirə edilir.

Professor Adil Qeybulla “Qaynarinfo”ya açıqlamasında bildirib ki, başqa
orqanizmdən götürülən orqan, toxuma digər orqanizmə köçürüldükdə, yəni nəql
edildikdə onun həmin orqanda davam gətirməsi, işləməsi üçün xüsusi terapiyaya
ehtiyac var:

“Bu orqan nəqli məsələsidir. Kök hüceyrələri orqanizmin özündən götürülür.
Yəni orqanizmin öz hüceyrələri olur. Uşaq hüceyrəsi ilə bağlı məlumatlar
mətbuata yanlış şərh edilir. Abort qanından, plasenta qanından, təbabətdə
müxtəlif dərman preparatlarının hazırlanmasından istifadə edilir. Belə bir
praktika mövcuddur.

Ola bilsin ki, söhbət bu cür maddələrdən getsin. Amma uşağın hüceyrəsini
götürüb, böyük adama köçürmək bir orqanizmdən digərinə köçürmək deməkdir. Bu
orqan nəqli anlamına gəlir. Bu, real görünmür. Burada yanlışlıq var. Məsələ
təhlil olunmalıdır. Hesab edirəm ki, yanlış anlaşılıb”.

Tibb elmləri doktoru, professor Nəsib Quliyev uşaq hüceyrələrinin əldə
edilməsinin mümkün olduğunu deyib:

“Biopsiya edib, xüsusi alətlə lazımi yerdən hüceyrə götürürlər. Amma bu
embrion hüceyrə deyil. Kök hüceyrə köçürmək üçün gərək embrioner hüceyrə, yəni
rüşeymin hüceyrəsi götürülsün. Dəriyə hamilələyin ilk günlərində, bətn
daxilində olan hüceyrələr köçürülməlidir. Dərinin hüceyrələri başqa yerdə
olmur. Kimsə kimisə aldadıb, gündə bir oyun çıxarırlar. Mən bu sahənin adamı
olmadığımdan konkret nəsə deyə bilmirəm”.

Qeyd edək ki, son zamanlar estetik xəbərləri ilə adı hallanan 42 yaşlı müğənni
Xatirə İslam bu dəfə üzünə kök hüceyrə proseduru etdirib. Məlumata görə, körpə
uşağın hüceyrəsi ona köçürülüb.


Source link