Xatun: Natavan “anakonda”lıq edirdi, dedim otur yerində – VİDEO

Xatun: Natavan “anakonda”lıq edirdi, dedim otur yerində – VİDEO

Baxış sayı: 8. 073 dəfə baxılıb.

“Atv maqazin onlarla” verilişinin “Hit Parad” rubrikasının bu dəfəki qonağı müğənni Xatun Əliyeva olub.

ÇıxışYolu.Com xəbər verir ki, ilk öncə yeni saçlarından danışan Xatun rəqqasə Fatiməni onu təkrarlamaqda ittiham edib:

“Bu gün bu saç düzümü ilk məndədir. Görün neynirsiniz, gedin “çolka” kəsdirin. Görün indi Aygün Kazımova nələr çəkib. Nələr çəkmiş başın sənin (gülür). Məni təkrarlayanların əlindən boğaza yığılmışam. Fatimənin adını çəkmək istəmirəm. Sənətimiz ayrıdır”.

Xatun daha sonra onluğu sıralamağa başlayıb. Müğənni onuncu pilləyə Murad Arif və Dilarə Kazımovanın duetini layiq görüb və Dilarəni yarıçılpaq fotolarına görə qınayıb:

“Getdiyim xeyirdə, şərdə onları görmürəm. Maraq dairəmdə deyillər. Son zamanlar Dilarə şəkillər çəkdirir, ona yaraşdırmıram. Hit mahnısı da yoxdur. Murad Arif isə gözəl bəstəkardır. Onu müğənni kimi qəbul etmirəm. Onu centlmen bilirdim, telefonumda foto göstərdim. Əlimdən telefonu alıb şəxsi şəkillərimə baxmağa başladı. Bu da mənim xətrimə dəydi. Sonra onu verilişə çağırdım, gəlmədi. Heç mən də onun proqramına qonaq kimi getməmişəm”.

Əməkdar artist Tünzalə Ağayeva haqda fikirlərini bildirən Xatun sənətçinin həyatında “paqon”lu adam gördüyünü deyib:

“Bunun həyatında “paqon”lu adam görürəm. Son zamanlar xarici mahnılara çox qulaq asır deyə, ifalarını da bir-birinə qarışdırır”.

Əliyeva son zamanlar gündəmdən düşməyən Natavan haqqında isə sərt fikirlər söyləyib:

“Natavan deyir ki, qızılam, brilliantam, məni istəyin, hər aqressiyam, nöqsanım və süni gülüşlərimlə sevin və qəbul edin. Çox qeyri-səmimidir, onunla danışmıram. Aramızda soyuqluq yaranmışdı. Natavan gəlib özü barışdı. Onu başa düşmürəm, başa düşmək məcburiyyətində də deyiləm. Mənə onun uşağıyammış kimi davranmağa başladı, qəbul etmədim. Səidə Sultan, Kərim Abasov, Ramal və Natavanla eyni qrupda idik. O da “anakonda”lıq edirdi. Anam, anam mənim (gülür). Mən də dedim otur yerində, bacın qurban”.

Daha sonra Samir Cavidzadədən danışan ifaçı onun müğənni Nura Suri ilə olan qalmaqalına da toxunub:

“Buradan Samirin anasına salam göndərirəm. Nura onun xətrinə dəymişdi. Şəkli burada olsa, Nura haqda da danışardım. Çox danışır, səsi başıma düşür”.

İradə İbrahimovadan da söz açan Xatun müğənninin gözəl ailəsini əsas gətirərək ona Allahın lütf etdiyini deyib:

“Gözəl ailə başçısı olmaq da, Allahın lütfüdür. Bu, hər kəsə qismət olmur, amma İradəyə verilib. Kimsə deyir ki, getsin ailəsinə başı qarışsın. Elə insanlar da var ki, sənətdə nəaliyyətlər əldə etsələr də, İradənin bir günün yaşamaq istəyirlər”.

Qeyd edək ki, Xatun ad çəkməsə də, bu sözləri Əməkdar artist Röyaya dediyi güman olunur.

Çünki aylar öncə Röya “Xəzər maqazin”ə açıqlamasında İradə haqda “Yenə də iki uşağı var deyə keçirəm. Desəm ailəsi gəlib sürüyüb evinə aparacaq. Getsinlər evlərində otursunlar. Onsuz da itirdiyimi itirmişəm. İslanmışın yağışdan nə qorxusu? Amma sizin qorxunuz var. Biriniz ərdəsiniz, biriniz də bilinmir hardasınız” sözlərini demişdi.

Sonda isə Xatun Günay İbrahimlini birinci edərək, “Hit Parad”dan Elnarə Xəlilovanı çıxarıb. Müğənni Elnarəyə də söz ataraq, onun özünü reklam etdiyini bildirib:

“Tədbirdə məni görməzlikdən gəlir, tanımır və salam vermir. Mahnısı gözəl oldu, mən bəyənmədim? Tac taxır, belə şeylər nəyə lazımdır? Özünü “Primadonna” elan edibsə, lap yaxşı, kim onu çox istəyir, elə xitab eləsin, mən deməyəcəm. Uğraşamam, bir az özünə çəki, düzən versin”.

.
www.ÇıxışYolu.Com