eeefde21-4b2c-4bab-a6df-9473dd3c4ca3..jpg

Xavi növbəti mövsümdə də “Barselona”nı çalışdıracaq

Baxış sayı: 538 dəfə baxılıb.

Xavi növbəti mövsümdə də “Barselona”nı çalışdıracaq

“Barselona” və baş məşqçi Xavi Hernandez müqavilənin 2025-ci il iyunun 20-dək
uzadılması ilə bağlı razılığa gəliblər.

İmzalanma proseduru cümə günü, sentyabrın 22-də “Camp Nou” ofisində prezident
Joan Laportanın iştirakı ilə baş tutub.

Xatırladaq ki, Xavi ötən mövsüm “Barselona”ya 2019-cu ildən bəri ilk liqa
çempionluğunu qazandırmışdı. Katalonlar çempionatı ən yaxın izləyicisi üzərində
10 xallıq üstünlüklə başa vurmuşdular.

Həmçinin, Xavinin rəhbərliyi altında klub İspaniya Superkubokunu qazanıb. O,
əvvəllər 17 ili əsas komandada olmaqla, 24 ilini “Barselona”da futbolçu kimi
keçirib.

Mənbə: championat.com

Source link