ccff9b2a-ec24-4aea-baec-0be2ae9f1615..jpg

Xavi: “Yetirmələrim qələbəyə acdırlar”

Baxış sayı: 1. 277 dəfə baxılıb.

Xavi: “Yetirmələrim qələbəyə acdırlar”

İspaniya çempionatının 17-ci turunda səfər oyununda “Betis” üzərində qələbəni
(1:2) şərh edən “Barselona”nın baş məşqçisi Xavi Ernandes futbolçuları haqqında
yüksək fikirlər səsləndirib.

“Biz öz üzərimizdə yaxşı işləyirik və düzgün yoldayıq. Komanda hər
qarşılaşmada döyüşür və öz oyunundan həzz alır. Mənim yetirmələrim qələbəyə
acdırlar”, – Kataloniya klubunun baş məşqçisi bildirib.

Məlumat üçün qeyd edək ki, 17 turdan sonra “Barselona” 50 xalla La Liqada
lideridir. “Real” rəqibindən səkkiz xal geri qalır (42 xal). Lakin Madrid
təmsilçisinin ehtiyatda bir oyunu var.

Mənbə: Sport.es

Source link