Xavini keçmiş həmkarı əvəz edə bilər
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Barselona”nın sabiq yarımmüdafiəçisi, hazırda BƏƏ-nin “Emireyts” klubunda
çıxış edən Andres İnyesta gələcəkdə Kataloniya klubuna rəhbərlik etmək
istədiyini deyib.
“Mən “Barsa”ya başçılıq etmək istəyirəmmi? Gələcəkdə, bəli, amma bu hələ çox
uzaqdır. Hələ də oynamağa davam edirəm və hətta məşqçilik lisenziyam belə
yoxdur. Əvvəlcə onu əldə etməliyəm, sonra baxarıq”, – “AS” nəşri İnyestanın
sözlərindən sitat gətirib.
Xatırladaq ki, 39 yaşlı yarımmüdafiəçi 1996-2018-ci illərdə “Barselona”da
çıxış edib. Bu müddət ərzində o, böyüklərdən ibarət komandanın heyətində bütün
turnirlərdə 674 matçda iştirak edib, 57 qol vurub və 136 məhsuldar ötürmə edib.
“Barselona”nın hazırkı baş məşqçisi klubun digər keçmiş yarımmüdafiəçisi
Xavidir. O, mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.