Xavinin “Barselona”da qalma şərtləri açıqlandı
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz
“Barselona” rəhbərliyi bu mövsüm iki kubok gözləyir, əks halda komandanın baş
məşqçisi Xavi istefaya göndəriləcək.
Məlumata görə, klubun prezidenti Joan Laporta və Xavi yanvarda keçiriləcək
İspaniya Superkubokunun komanda üçün dönüş nöqtəsi olacağına əmindirlər. Burada
qalib gəlmək zəruri hesab olunur.
Eyni zamanda, komanda rəhbərliyi hesab edir ki, “Barsa” İspaniya Primerasını
qazanmalıdır.
Həmçinin, Kataloniya klubunun rəhbərliyi ən yüksək səviyyədə Çempionlar
Liqasında çıxış etməyi, pley-off mərhələlərini keçərək yaxşı futbol nümayiş
etdirməyi tələb edir.
Mənbə: championat.com