Rusiya qüvvələri oktyabrın 1-də səhər saatlarında Ukraynanın Xerson şəhərində
ictimai nəqliyyat dayanacağına və bazarlardan birinə artilleriya zərbəsi
endiriblər.
Cixisyolu.com-ın verdiyi məlumata görə, bu barədə Xerson Vilayət Hərbi
Administrasiyasının sədri Aleksandr Prokudin özünün “Telegram” kanalında xəbər
verib.
“İşğalçılar Xersonun mərkəzindəki bazara hücum ediblər. Səhər xersonluların
məhsul aldığı və ya satdığı ticarət nöqtələri zərbə altında qaldı”, – deyə o
bildirib.
Daha sonra prokurorluq bildirdi ki, Xersonun mərkəzinə lüləli artilleriyadan
zərbə endirilib. Hücum nəticəsində üç qadın və dörd kişi olmaqla yeddi nəfər
həlak olub. Həmçinin üç şəhər sakini yaralanıb, onlara tibbi yardım göstərilir.
yaralananlar var
Xersonda bazara artilleriya hücumu olub: Ölənlər və yaralananlar var