“Xiaomi” smartfonlarının Azərbaycanda rəsmi satışı başlandı - FOTO

“Xiaomi” smartfonlarının Azərbaycanda rəsmi satışı başlandı – FOTO

Baxış sayı: 2. 644 dəfə baxılıb.

İndi Azərbaycanda da “Xiaomi” brendinin smartfonlarının rəsmi satışına başlanğıc verildi. Azərbaycan Respublikasında Xiaomi məhsullarını öz peşəkarlığı və etibarlılığı ilə yaxşı tanınan, bu brendin smartfonlarının satışı üzrə rəsmi sertifikata malik olan “İnteqral” şirkəti təqdim edir.

İnteqral şirkəti azərbaycan istehlakçılarına bir neçə “Xiaomi” smartfonlarını təqdim edir. Bunların içində: “Xiaomi Mİ A1”, “Xiaomi Redmi 5”, “Xiaomi Redmi 5 Plus” –  öz rəqibləri arasında 2018-ci ilin əvvəlinin ən büdcəli smartfonu  sayılır. 

Dünya istehlakçı bazarında iki nə vaxtsa məşhur “Çində istehsal edilən hər şeyin şübhəli keyfiyyəti var”; “brend nə qədər köhnədirsə – keyfiyyəti o qədər etibarlıdır” tezisləri sürətlə unudulur. 

“Xiaomi” brendi “Mİ” smartfonları ilə bu iki köhnə tezisləri tamamilə ləğv edir. Cəmi 6 il bundan əvvəl meydana gəldiyinə baxmayaraq, bu brend bir yenilikçi ideyadan başlayıb dünya smartfon istehsalçı liderlərinin birinə çevrilir. 2017-ci il ərzində, xüsusilə Çində, bir çox rəqiblərinin göstəricilərini keçərək, brendin ümumi satış artımı 75 % təşkil edib. 

“Xiaomi” brendinin dünya bazarında bu qədər sürətli müvəffəqiyyətinin sirri nədir? Gəlin bu fenomeni ətraflı olaraq nəzərdən keçirək:

1.Yeniliklər və yüksək keyfiyyətə üstünlük. “Xiaomi” tarixinin “Android Mİ User İnterface” örtüyünün kəşfindən başladığını demək kifayətdir. “MİUİ – OC Android” üzərində gözəl və rahat üst quruluşudur, hansi ki, adi “Android”-in xarici görünüşünü dəyişmək imkanını, və həmçinin xüsusi proqramların quraşdırılması sayəsində ona əlavə funksionallıq verir. İstehlakçılar tərəfindən bu dərhal yüksək qiymət qazandı.

“MİUİ” əsasında ilk “Mİ” smartfonlarının istehsalı başlandı. Keyfiyyətə gəldikdə isə, “Xiaomi” yalnız yüksək keyfiyyətli komplektləşdirici hissələrdən istifadə edir. Məsələn, brendin tərəfdaşları arasında bu seqmentdə dünya liderlərindən biri olan “Qualcomm” prosessorları istehsalçısını görə bilərsiniz.  

2.Uzunmüddətli dəstək. “Xiaomi” istehsal etdiyi cihazlara maksimum dərəcədə uzun müddətli dəstək göstərir. Siz Mİ-cihazınızı neçə il işlədirsiniz?  3 il? 4? Bəlkə 5 il? Bunun heç bir fərqi yoxdur! Əmin ola bilərsiniz ki, Xiaomi bütün cihazları üçün daha təzə yenilənmələr istehsal edəcək. Smartfonunuzu dəyişmək fikriniz yoxdur və eyni zamanda texnoloji inkişafdan geridə qalmaq istəmirsiniz? O zaman Xiaomi sizin brenddir!  

3.Çevik qiymət siyasəti. Standart, bahalı marketinq təşviq vasitələrindən istifadə etmədən, “Xiaomi” PR-a əsaslanır və təbii olaraq özünü spontan şəkildə meydana gətirir. Televiziyada ulduzların iştirakı ilə “Xiaomi” reklam videolarını görməzsiniz. Lakin sosial şəbəkələrə, forumlara diqqət yetirsəniz, İnternetdə bu brendin smartfonları ətrafındakı aktiv həyatı müşahidə edə bilərsiniz. İstifadəçi-azarkeşlərdən ibarət olan nəhəng bir ordu  fikirləri, müzakirələri və təklifləri ilə paylaşır. Təbii ki, brend bu cür prosesi dəstəkləmək üçün mümkün olan hər şeyi edir.

“Xiaomi” ənənəvi reklamda qənaət edərək öz müştərilərinin istəklərinə tez bir zamanda reaksiya verir və onlara sözün əsl mənasında keyfiyyətli və sərfəli qiyməti olan məhsul təklif edir.  

Əlbəttə ki, istehlakçılar ölkəmizə “qara bazar” vasitəsilə gətirilən qeyri rəsmi “Xiaomi” də əldə edə bilərlər. Ən təəccüblü tərəfi də ondadır ki, bu smartfonların qiyməti rəsmi gətirilmiş smartfonların qiyməti ilə eynidir, amma bu halda onların əldə etdiyi bunlar olur:

1.Bircə vintaçan və şübhəli ehtiyyat hissələri ilə işləyən həvəskar-usta olan dükandan alınan qeyri-rəsmi zəmanətli telefon. Və tam əksi – rəsmi distribüter – “İnteqral” şirkəti Bakıda və Respublikanın digər bölgələrində yerləşən, tez bir zamanda və yalnız orijinal ehtiyat hissələrini istifadə etməklə, rəsmi zəmanətlə təmir edən “Texnoservis” adlandırılan səlahiyyətli servis mərkəzlərinin dəstəyini təklif edir; 

2.Qeyri-sertifikatlaşdırılmış malların əldə edilməsi. Bu nə deməkdir? O deməkdir ki, satın aldığınız cihazda, böyük ehtimal var ki, məhdud istifadə müddətli “pirat” proqram təminatı quraşdırılacaq, bundan sonra “həvəskar proqram quraşdırılması” etməyə lazım gələcək. Lakin  sertifikatlaşdırılmış məhsul alsanız – sonrakı baş ağrısı olmadan “təmiz” proqram təminatına sahib olursunuz. 

3.Beləliklə, istehlakçının seçimi vardır – qeyri rəsmi smartfon yoxsa rəsmi, həmin qiymətə, yalnız artıq narahatçılıq və onun sonrakı istifadəsi zamanı əlavə xərclər olmadan sertifikatlaşdırılmış smartfon almaq.

Sertifikatlaşdırılmış “Xiaomi” smartfonu ilə birlikdə Siz nəinki onun vaxti vaxtında təmirinin zəmanətini, həmçinin digər, daha vacib bir zəmanəti əldə edirsiniz. Bu zəmanət “İnteqral” şirkətinin 1997-ci ildən başlayaraq, telekommunikasiya bazarında öz müştəriləri qarşısında 20 illik qüsursuz fəaliyyəti ilə təsdiq edilmiş məhsuliyyətidir. 

Bu gün “İnteqral” şirkəti 15-dən artıq dünya brendlərinin (smartfonlar, iri və xırda məişət texnikası) rəsmi distribütorudur. “İnteqral” –  bütün Azərbaycan ərazisini öz məhsulları ilə təmin edən güclü, geniş diler şəbəkəsidir. Onun fəaliyyəti Bakı, Gəncə, Sumqayıt və demək olar ki, Respublikanın bütün bölgələrini mağazalar şəbəkəsi və servis xidmətləri ilə əhatə edir. 20 ildən artıqdır ki, “İnteqral” Azərbaycan istehlakçılarını müxtəlif dünya brendlərinin keyfiyyətli məhsulları ilə tanış edir. 

Əlaqə:
Telefon: *9292
E-mail: office@integral.az
www.integral.az

www.ÇıxışYolu.Com