574ed689-9198-46d6-9156-fd3def7ef042..jpg

Xidmət müddəti başa çatan hərbi qulluqçuların tərxis olunması üzrə tədbirlər davam edir – FOTO/VİDEO

Baxış sayı: 464 dəfə baxılıb.

Xidmət müddəti başa çatan hərbi qulluqçuların tərxis olunması üzrə tədbirlər
davam edir – FOTO/VİDEO

Azərbaycan Respublikası vətəndaşlarının 2023-cü il oktyabrın 1-dən 30-dək
müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması
haqqında Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamının icrası ilə
bağlı Azərbaycan Ordusunda həyata keçirilən tədbirlər davam edir.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Müdafiə nazirinin əmrinə əsasən hərbi hissələrdə xidmət müddəti başa çatmış
ordudan tərxis olunan hərbi qulluqçuların yola salınma mərasimləri keçirilir.

Xidmət müddəti ərzində verilən tapşırıqların icrasında fərqlənən bir qrup
hərbi qulluqçu mükafatlandırılıb.


Source link