35c8de17-c79b-4077-82a0-d79185e40620..jpg

Xidmət rəisi: “Ticarət fəaliyyəti ilə bağlı yeni qanun layihəsi Nazirlər Kabinetinə təqdim edilib”

Baxış sayı: 721 dəfə baxılıb.

Xidmət rəisi: “Ticarət fəaliyyəti ilə bağlı yeni qanun layihəsi Nazirlər
Kabinetinə təqdim edilib”
Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“2023-cü ildə Azərbaycanda “Antiinhisar, haqsız rəqabət və istehlakçı
hüquqlarının müdafiəsi sahələrində innovativ idarəetmənin təmin edilməsi
haqqında” prezident fərmanının layihəsi hazırlanıb, Nazirlər Kabinetinə təqdim
edilib”.

Cixisyolu.com xəbər verir ki, bu sözləri İqtisadiyyat Nazirliyi yanında Antiinhisar
və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ötən ilin yekunları ilə
bağlı mətbuat konfransı zamanı qurumun rəisi Məmməd Abbasbəyli deyib.

O qeyd edib ki, Nazirlər Kabineti layihəni aidiyyəti dövlət orqanları ilə
razılaşdırmaq məqsədi ilə onlara göndərib.

“Rəqabətin inkişafı və inhisarçılıq fəaliyyətinin qarşısının alınmasına dair
Milli Fəaliyyət Proqramı”nın da ilkin layihəsi hazırlanıb, razılaşdırılması
üçün aidiyyəti dövlət qurumlarına göndərilib. Dövlət orqanlarının təqdim etdiyi
rəylər və təkliflər əsasında layihə yenidən işlənilib və Nazirlər Kabinetinə
təqdim edilib”.

Xidmət rəisi sonda bildirib ki, “Ticarət fəaliyyəti haqqında” qanunun ilkin
layihəsinə dair aidiyyəti qurumlar rəylər təqdim edib. O, rəylər əsasında qanun
layihəsinin təkmilləşdirildiyini, Nazirlər Kabinetinə təqdim ediləcəyini deyib.

Nəzrin Vahid

Source link