XİN: Aİ ölkələrinin şirkətləri Qarabağda qızıl çıxarır

XİN: Aİ ölkələrinin şirkətləri Qarabağda qızıl çıxarır

Baxış sayı: 2. 448 dəfə baxılıb.

Azərbaycan regional əməkdaşlığın fəal iştirakçılarından biridir. Eyni zamanda, Azərbaycan-Gürcüstan-Türkiyə, Azərbaycan-Rusiya-İran və digər üçtərəfli əməkdaşlıq formatları var.

ÇıxışYolu.Com məlumat verir ki, bunu Bakıda keçirilən Avropa İttifaqı (Aİ) – Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasının ikinci sessiyasında Dağlıq Qarabağ münaqişəsi mövzusunda müzakirələr zamanı Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) nümayəndəsi, səfir Kamil Xasıyev bildirib.

O nəzərə çatdırıb ki, Ermənistandan fərqli olaraq, Azərbaycan Avrasiya İttifaqının üzvü deyil:

“Biz Avropa İttifaqından Azərbaycanın işğal olunmuş ərazilərində təbii sərvətlərin istismarına qarşı mövqe gözləyirik. Azərbaycanın işğal olunmuş ərazilərində Avropa İttifaqı ölkələrinin şirkətləri qızıl çıxarılması ilə məşğuldur. Biz bu məsələyə münasibət bildirilməsini istəyirik. Bu, nə dərəcədə düzgündür?!”

Kamil HƏMZƏOĞLU
www.ÇıxışYolu.Com