a02db174-f5b8-4b24-b15e-4545df124f1f..jpg

XİN: “Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadəyə hazırdır”

Baxış sayı: 557 dəfə baxılıb.

XİN: “Azərbaycan Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel
istifadəyə hazırdır”

“Azərbaycanla əlaqələndirilmiş şəkildə Laçın-Xankəndi və Ağdam-Xankəndi
yollarından paralel istifadə edilməsi təklifi uzun müddətdir ki, Azərbaycan
tərəfindən irəlilədilir və müxtəlif səviyyələrdə geniş müzakirə olunurdu.
Təəssüf ki, əldə edilmiş razılıqlara və beynəlxalq tərəfdaşların çağırışlarına
baxmayaraq, Ermənistan və onun tərəfindən Qarabağ bölgəsində yaradılmış
qondarma rejim belə keçidin təşkilinə mane olurdu”.

Bunu Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə deyib:

“Bu gün, Beynəlxaq Qızıl Xaç Komitəsi (BQXK) Azərbaycan tərəfinə müraciət
edərək qarşı tərəfin 18 sentyabr tarixində Ağdam-Xankəndi və Laçın-Xankəndi
yollarından paralel olaraq yüklərin qəbuluna razı olduğu barədə ilkin məlumat
verib. Yaxın zamanlarda BQXQ tərəfindən Azərbaycan tərəfinə bu barədə rəsmi
nota təqdim edilməsi gözlənilir. Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycan
tərəfi ölkəmizin qanunvericiliyinin tələblərinə riayət olunmaqla,
Ağdam-Xankəndi və Laçın-Xankəndi yollarından paralel istifadənin təşkilinə
hazırdır”.

Source link